Yəmən İsrailə qarşı üçüncü hərbi əməliyyatının başladığını elan etdi

Yəmən İsrailə qarşı üçüncü hərbi əməliyyatının başladığını elan etdi
Yayınlanma tarixi: 4/2/2026 11:27:58 AM

Yəmən İsrailə qarşı üçüncü hərbi əməliyyatının başladığını elan etdi.

İslamazeri.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələri regional müqavimət cəbhələrini dəstəkləmək əməliyyatları çərçivəsində İsrail tərəfindən işğal edilmiş əraziləri hədəf alan üçüncü hərbi əməliyyatının başladığını elan etdi.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Yəmən Silahlı Qüvvələri "Müqəddəs Cihad Müharibəsi" çərçivəsində "üçüncü hərbi əməliyyatını" həyata keçirərək işğal olunmuş Fələstinin cənubundakı "dəqiq hədəflərə" ballistik raketlərdən atəş açıblar.

Bəyanatda əməliyyatın "müqavimət cəbhələrini dəstəkləmək və gücləndirmək" çərçivəsində və İran, İraq, Livan və Fələstindəki müttəfiq qüvvələrə qarşı "dini, əxlaqi və humanitar vəzifə" kimi həyata keçirildiyi bildirilir.

Bəyanata görə, əməliyyat İran və Hizbullahla koordinasiyalı şəkildə həyata keçirilib və "məqsədlərinə uğurla çatıb".

GÜNÜN MANŞETLERİ

Sabah hava necə olacaq?
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq?

4/2/2026 1:30:01 PM
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

4/2/2026 12:24:24 PM
İran ABŞ-ın Hərir hava bazasını məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran ABŞ-ın Hərir hava bazasını məhv edib

4/2/2026 12:21:15 PM