Yəmən müftisi: İslam ölkələri İsveçlə əlaqələrini kəsməlidir

Yəmən müftisi: İslam ölkələri İsveçlə əlaqələrini kəsməlidir
Yayınlanma tarixi: 24.01.2023 10:53:29

"Yəmən xalqı Qurana qarşı edilən bu hörmətsizlik qarşısında güzəştə getməyəcək və Allahın dininə kömək etmək məsuliyyətini yerinə yetirəcək".

Yəmən müftisi islam ölkələrindən İsveç və İslami kitablara açıq düşmənçilik edən bütün ölkələrlə diplomatik əlaqələri kəsməyi tələb edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Yəmən müftisi Şəmsəddin Şərafəddin bazar ertəsi açıqlamasında deyib:

"Bu ölkə Allahın, Rəsulunun (s) və Kitabının düşmənlərinin bədxah əməllərini pisləyir, onların bu əməllərinə ikrah hissini bildirir.

Yəmən xalqı Qurana qarşı edilən bu hörmətsizlik qarşısında güzəştə getməyəcək və Allahın dininə kömək etmək məsuliyyətini yerinə yetirəcək.

İsveç belə iyrənc əməllərin təkrarlanmaması üçün lazımi tədbirlər görməlidir.

Müsəlman alimlərinin vəzifəsi İslam ümmətinin müqəddəslərə hörmətsizliyə reaksiya verməsini təmin etmək və bu mövzuda öz öhdəliklərini yerinə yetirməkdir".

Yəmən müftisi həmçinin islam ölkələrindən İsveç və İslam müqəddəslərinə açıq düşmənçilik edən bütün ölkələrlə diplomatik əlaqələri kəsməyi tələb edib.

Yəmən müftisi deyib:

"Qurani-Kərimə edilən hörmətsizliyə qarşı kəskin tədbirlər görməməlidirlər. Bu səbəbdən İslam xalqlarından Quranı müdafiə etmək üçün hərəkətə keçmələrini və islahatlara getmələrini xahiş edirik”.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43