Yəmən: Səudiyyə Ərəbistanının 8 neft tankerini hədəf aldıq.
İslamazeri.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri, 20 iyuldan bəri Səudiyyə Ərəbistanının səkkiz neft tankerinin hədəfə alındığını açıqladı.
Serinin açıqlamasına görə, 20 iyul-19 avqust tarixləri arasında Səudiyyə Ərəbistanına məxsus və ya Səudiyyə neft daşınması ilə əlaqəli səkkiz neft tankeri hədəfə alınıb.
Seri bildirib ki, bunlardan beşi Qırmızı dənizdə, üçünü isə Ədən körfəzində və Ərəb dənizində hədəfə alınıb.
O, əlavə edib ki, 48 gəmi marşrutlarını dəyişib geri dönməyə məcbur olub.
Hərbi sözçü həmçinin Səna hava limanına və Hodeyda limanına edilən hücumlara cavab olaraq doqquz əməliyyat keçirdiklərini bildirib.
Yəhya Seri, bu əməliyyatların Səudiyyə Ərəbistanının Yanbu, Nəcran, Cizan və Əbha şəhərlərini, eləcə də ölkənin şərqindəki neft ehtiyatlarını hədəf aldığını bildirib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə Ərəbistanını gərginliyin artması təhlükələri barədə xəbərdar edərək, "Gərginliyin artmasına onları artırmaqla cavab verəcəyik" deyib.