Yəməndə müharibə başlayandan 18 mindən çox mülki şəxs öldürülüb

Yəməndə müharibə başlayandan 18 mindən çox mülki şəxs öldürülüb
Yayınlanma tarixi: 28.11.2022 11:02:36

Yəməndəki Əl-Ayn İnsan Haqları Mərkəzi Səudiyyə koalisiyasının Yəmənə hücumlarının başlamasından bu yana 18 mindən çox yəmənli mülki şəxsin öldürüldüyünü açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Yəmənə qarşı 2800 gündür davam edən hücumlarda 18 min 13 yəmənli həlak olub, 29 min 660 nəfər isə yaralanıb.

Hesabata görə, Səudiyyə koalisiyasının Yəməndə həyata keçirdiyi hücumlarda 4 min 61 yəmənli uşaq həlak olub, 4 min 739 uşaq isə yaralanıb. Həmçinin, hücumlar nəticəsində 2 min 454 qadın öldürülüb, 2 min 966 qadın isə yaralanıb.

Bu insan haqları mərkəzi də öz hesabatında qeyd edib ki, bu müddət ərzində 598 737 yaşayış evi, 1 679 məscid, 415 xəstəxana və tibb məntəqəsi dağıdılıb.

Səudiyyə koalisiyasının döyüş təyyarələrinin hücumları 15 hava limanı, 16 liman, 344 elektrik stansiyası, 7999 yol və körpü, 616 rabitə stansiyası, 2974 su anbarı və su şəbəkəsini hədəf alıb.

Ayn Yəmən İnsan Haqları Mərkəzi də koalisiya qüvvələrinin hücumlarında 407 fabrik və sənaye sexinin və 385 neft tankerinin hədəf alındığını bildirib.

Məlumat üçün qeyd edək ki, Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından etibarən Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın yardımı və yaşıl işığı və sionist rejimin dəstəyi ilə  ən kasıb ərəb ölkəsi olan Yəmənə qarşı genişmiqyaslı hücumlara başlayıb.

GÜNÜN MANŞETLERİ