Yəməndə Səudiyyə Ərəbistanına məxsus casus pilotsuz təyyarə vurulub.
İslamazeri.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri Səudiyyə Ərəbistanı koalisiyasına məxsus "Karayel" tipli kəşfiyyat pilotsuz təyyarəsinin Səada üzərində vurulduğunu açıqlayıb.
Əl-Məyadin qəzetinin məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri Səudiyyə koalisiyasına məxsus "Karayel" tipli kəşfiyyat pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb.
Seri bildirib ki, bu gün səhər saatlarında Səada əyalətinin hava məkanında düşmənçilik missiyası yerinə yetirərkən pilotsuz təyyarə müvafiq silahlarla vurulub.
Seri bildirib ki, Yəmən Silahlı Qüvvələri ölkənin suverenliyini qorumağa davam edəcək və əlavə edib: "Hər hansı bir hücuma cavab vermək bizim təbii haqqımızdır".
Çərşənbə axşamı günü verdiyi açıqlamada Yəhya Seri NCC Ghazal neft tankerini Səudiyyə Ərəbistanına qarşı dəniz qadağasını pozduğuna görə hədəf aldıqlarını açıqlayıb.