Yəməndən İsrailə ikiqat zərbə: Yafa hədəfdə, Qırmızı dənizdə blokada elan edildi
İslamazeri.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri işğal altındakı Yafaya qarşı raket hücumunda hədəflərin vurulduğunu açıqlayıb və Qırmızı dənizdə İsrailə məxsus gəmilərə qarşı dəniz qadağası elan edildiyini bildirib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri Yəmənin işğal altındakı ərazilərə yeni bir raket hücumu həyata keçirdiyini açıqlayıb.
Al Masiraya görə, Yəmən qüvvələrinin işğal altındakı Yafada mühüm hədəfləri vurduğu qeyd olunub.
Seri həmçinin Qırmızı dənizdə İsrailə məxsus dəniz daşımalarına tam qadağa qoyulduğunu elan edib. Buna əsasən İsrailə aid bütün hərəkətlərin artıq hərbi hədəf kimi qiymətləndiriləcəyi bildirilib.
Açıqlamada gərginliyin artacağı halda cavab veriləcəyi və əməliyyatların intensivləşdiriləcəyi vurğulanıb.
Yəmən tərəfi İsrail və ABŞ hücumlarına qarşı müqavimət oxu ilə koordinasiyalı hərəkət etdiklərini bildirib və əməliyyatların mövcud vəziyyət davam etdikcə sürəcəyini qeyd edib.