Yəməndən yeni əməliyyat: Səudiyyə Ərəbistanına məxsus neft tankeri raketlə vuruldu.
İslamazeri.com xəbər verir ki, Səna hökumətinə bağlı Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri çərşənbə günü verdiyi açıqlamada Qırmızı dənizin şimalında Səudiyyə Ərəbistanına məxsus dəniz daşımalarını hədəf alan yeni hərbi əməliyyat həyata keçirdiklərini bildirib.
Sözçü Yəhya Sərinin sözlərinə görə, Yəmən qüvvələri Qırmızı dənizin şimalında, Yənbu sahilləri yaxınlığında yerləşən WAFA adlı Səudiyyə Ərəbistanına məxsus neft tankerini hədəfə alıb. O bildirib ki, atılan raketlər tankerə dəqiq zərbə endirib.
Sözçü əlavə edib ki, iyulun 22-də qüvvəyə minən dəniz blokadasından bəri Yəmən Silahlı Qüvvələrinin hədəfə aldığı Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinin sayı son hücumla birlikdə səkkizə çatıb.