Yıldız Tilbedən Qəzzaya 300 min dollarlıq humanitar yardım
İslamazeri.com xəbər verir ki, Qüds Könüllüləri Dərnəyinin rəhbərliyi tanınmış bəstəkar-müğənni, “Qəzzanın Bacısı” kimi tanınan Yıldız Tilbe xanımın Qəzza zolağında çadır şəhərciyinin qurulması məqsədilə bağışladığı 300 min ABŞ dollarını Qəzza Məvəddə Dərnəyinin koordinatoru Ömər Şallaha təhvil verib.
Təqdimat zamanı çıxış edən Qəzza Məvəddə Dərnəyinin koordinatoru Ömər Şallah Yıldız Tilbeyə Qəzza xalqına göstərdiyi həssaslıq və humanitar dəstəyə görə təşəkkür edib və yardımı rəsmi şəkildə qəbul etdiklərini bildirib.
Qeyd edək ki, Yıldız Tilbe uzun müddətdir Qəzza ilə bağlı humanitar təşəbbüslərə verdiyi açıq dəstəklə tanınır və bu addım bölgədə müharibədən zərər çəkmiş mülki əhali üçün mühüm dəstək kimi qiymətləndirilir.