Zabuxçay su anbarının tikintisinə dair müqavilələr imzalanıb

Zabuxçay su anbarının tikintisinə dair müqavilələr imzalanıb
Yayınlanma tarixi: 11/18/2022 4:07:32 PM

Bu gün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-də Zabuxçay su anbarı, eləcə də magistral boru kəmərinin layihələndirilməsi və tikintisinə dair Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalanıb.

İslamazeri.com bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, mərasimdə qurumun sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər.

Z.Mikayılov bildirib ki, layihə tarixi əhəmiyyət daşıyır. Onun icrasından sonra Qubadlı və Zəngilan rayonları ərazisindəki əkin sahələri su ilə təmin olunacaq, işğaldan azad olunmuş ərazilərə yeni həyat gələcək. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq olunacaq, onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) qurulacaq.

Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş-nin rəhbəri Cengiz Asim isə bildirib ki, layihə vaxtında və yüksək keyfiyyətlə təhvil veriləcək.

Həcmi 26,7 milyon kub metr olacaq Zabuxçay su anbarından 2023-cü ilin oktyabr ayında ilkin olaraq torpaq sahələrinin bir hissəsi, 2024-cü ildə isə bütövlükdə 12 100 ha torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM