Zaxarova Suriya məsələsi ilə bağlı açıqlamalar verib

Zaxarova Suriya məsələsi ilə bağlı açıqlamalar verib
Yayınlanma tarixi: 12/1/2022 3:40:23 PM

Rusiya ABŞ-ın Fərat çayının şərqindəki torpaqların Suriya rejiminin nəzarətinə keçməsinə mane olduğunu bildirib.

İslamazeri.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında Suriya məsələsi ilə bağlı açıqlamalar verib.
Mariya Zaxarova Türkiyənin Suriyada quru əməliyyatı həyata keçirməyi planlaşdırdığını xatırladıb.
Bu mövzuda Türkiyə və Suriya tərəfləri ilə intensiv əlaqə saxladıqlarını bildirən Zaxarova deyib: "Bu cür addımların sözügedən regionda mürəkkəb olan vəziyyəti daha da pisləşdirəcəyini və ümumilikdə regiondakı vəziyyətə mənfi təsir edəcəyini düşünürük''.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Fərat çayının şərqindəki torpaqların rejimin nəzarətinə keçməsi üçün separatçı terror təşkilatı PKK/YPG ilə Suriya rejimi arasında dialoq yaratmağa çalışdıqlarını irəli sürüb.
“ABŞ-ın buradakı qeyri-qanuni mövcudluğu buna mane olur”,-deyə Mariya Zaxarova vurğulayıb.

ABŞ-ın Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-ni dəstəklədiyini qeyd edən Mariya Zaxarova deyib: "Amerikalılar sözügedən torpaqların rəsmi Dəməşqin nəzarətinə keçməməsi ilə əlaqədar siyasət yürüdürlər. Bu torpaqlar neft və zəngin təbii sərvətlərə malikdir".

GÜNÜN MANŞETLERİ

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib
DÜNYA / SİYASƏT

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib

6/12/2026 5:34:01 PM
Azərbaycanda zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Azərbaycanda zəlzələ olub

6/12/2026 3:28:35 PM
Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib

6/12/2026 2:11:24 PM
Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı

6/12/2026 1:31:46 PM