İran mediası: 72 saat ərzində 52 İran gəmisi ABŞ blokadasını keçib.
İslamazeri.com xəbər verir ki, Hörmüz boğazında gərginlik davam etdiyi 72 saat ərzində ABŞ-ın blokada zonasından 52 İran gəmisinin keçdiyi bildirilib.
Fars Xəbər Agentliyi dünən gecə yerli vaxtla saat 22:00-dan əvvəlki 72 saatlıq dövrü əhatə edən peyk izləmə məlumatlarından məlumat paylaşıb.
Son 72 saat ərzində ABŞ-ın blokada zonasından 31 İran neft tankerinin və 21 yük gəmisinin keçdiyi bildirilib.
Bundan əlavə, Hörmüz boğazından 6 İran neft tankeri və 5 yük gəmisi də daxil olmaqla 30 gəminin keçdiyi qeyd edilib.