Milli Məclisdə Bakının tıxac problemi qaldırılıb

Milli Məclisdə Bakının tıxac problemi qaldırılıb
Yayınlanma tarixi: 11.11.2022 13:22:01

“Bakıda ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur. Əsas iş yerləri, təhsil müəssisələri, səhiyyə, ticarət obyektləri əsasən Bakının 3-4 faizlik hissəsində formalaşıb”.

İslamazeri.com xəbər verir ki, bunu İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Səbail, Nəsimi, Yasamal, Nərimanov rayonlarının ümumi ərazisi Bakının ərazisinin cəmi 4 faizini təşkil edir, amma paytaxt əhalisinin 28 faizi burada məskunlaşıb:

“Ona görə də ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur. Eyni zamanda yeni binaların tikintisi zamanı parkinq yerlərinin nəzərə alınmaması bu problemin yaranmasında önəmli rol oynayır”.

GÜNÜN MANŞETLERİ

Min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA
ÖLKƏ / HƏRBİ

Min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA

22.12.2025 14:19:58
Səudiyyə Ərəbistanı yenidən Yəmənə hücum edib
DÜNYA / İSLAM DÜNYASI

Səudiyyə Ərəbistanı yenidən Yəmənə hücum edib

22.12.2025 14:12:35
Bu gün İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür
DÜNYA / İSLAM DÜNYASI

Bu gün İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür

22.12.2025 13:41:42
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜNASİBƏT

Sabahın HAVA PROQNOZU

22.12.2025 13:15:31