Nəcəfdə Ayətullah Xameneinin vida mərasimində 3 milyon insan iştirak edib.
İslamazeri.com xəbər verir ki, İraqın müqəddəs Nəcəf şəhərində şəhid Ayətullah Xameneinin vida mərasimində 3 milyon insanın iştirak etdiyi bildirilib.
İraq mediasının məlumatına görə, Şəhid Ayətullah Seyid Əli Xameneinin Dəfn Mərasimi üzrə Ali Komitəsinin rəsmi sözçüsü general-leytenant Səd Maan bu gün, çərşənbə günü, vida mərasimində təxminən 3 milyon insanın iştirak etdiyini açıqlayıb.
Şəhid Ayətullah Xameneinin cənazəsi Nəcəf Beynəlxalq Hava Limanına gətirilib. Onu İraqın Baş naziri Əli əl-Zeydi, digər hökumət rəsmiləri və siyasi partiyaların nümayəndələri qarşılayıblar.
Şəhid liderin dəfn mərasimi Kərbəla şəhərində də keçirilib.
İran liderinin sonuncu dəfn mərasimi bu gün - 9 iyulda Məşhəddə keçiriləcək və cənazəsi İmam Rzanın (ə) ziyarətgahında dəfn olunacaq.