Rəsmi Tehran: ABŞ davranışını düzəltməsə, Hörmüz boğazı bağlı qalacaq

Rəsmi Tehran: ABŞ davranışını düzəltməsə, Hörmüz boğazı bağlı qalacaq
Yayınlanma tarixi: 8/9/2026 10:34:08 AM

ABŞ davranışını dəyişməsə, Hörmüz boğazı bağlı qalacaq.

İslamazeri.com xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr bildirib ki, ABŞ-ın davranışını düzəltməsi şərti ilə Hörmüz boğazı yenidən açılacaq.

8 avqust Jurnalistlər Günü münasibətilə yayımlanan mesajda Zülqədr bildirib ki, Vaşinqton Hörmüz boğazının yenidən açılması üçün "davranışını düzəltməlidir".

Boğazın yenidən açılması üçün altı şərti sadalayan Zülqədr İslam İnqilabının Ali Rəhbərinə qarşı təhdidlərə son qoyulmasını, İrana və onun regional müttəfiqlərinə qarşı hərbi əməliyyatların birdəfəlik dayandırılmasını, İranın blokadasında iştirak edən ABŞ dəniz və hava qüvvələrinin geri çəkilməsini, son münaqişələrdə dəyən zərərin ödənilməsini, ABŞ sanksiyalarının ləğvini və dondurulmuş İran aktivlərinin azad edilməsini tələb edib.

Zülqədr bu tələblərin İran xalqının iradəsini əks etdirdiyini bildirərək deyib: "Bu tələblər 160 gündür meydanlarda və küçələrdə səslərini davamlı olaraq ucaldan İran xalqının səsidir. Ali Milli Təhlükəsizlik Şurası istər müharibədə, istərsə də danışıqlarda bu tələblərdən geri çəkilməyəcək".

GÜNÜN MANŞETLERİ