SEPAH: Küveyt və Bəhreyndə ABŞ-ın vacib obyektlərinə zərbələr endirdik

SEPAH: Küveyt və Bəhreyndə ABŞ-ın vacib obyektlərinə zərbələr endirdik
Yayınlanma tarixi: 7/9/2026 10:12:09 AM

SEPAH: Küveyt və Bəhreyndə ABŞ-ın vacib obyektlərinə zərbələr endirdik.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın son hücumlarına qarşı qisas aldığını açıqlayıb.

İnqilab Keşikçiləri Korpusunun bəyanatına görə, qisas əməliyyatının birinci mərhələsində bölgədəki iki strateji ABŞ bazası raket və dronlarla hədəfə alınıb.

İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən birgə həyata keçirilən əməliyyatda Küveytdəki Arifcan və Əli Əs-Salem hərbi bazalarında, eləcə də Bəhreyndə yerləşən Cüfeyr və Şeyx İsa hərbi bazalarında mühüm infrastruktur və obyektlərə zərbələr endirilib.

Bəyanatda xəbərdarlıq edilib ki, "Əgər bu təcavüz təkrarlanarsa, bölgədəki digər ABŞ bazalarına qarşı daha sərt və daha genişmiqyaslı qisas tədbirləri görəcəyik".

GÜNÜN MANŞETLERİ