Yəmən: Səudiyyə Ərəbistanının hərbi gəmisini məhv etdik

Yəmən: Səudiyyə Ərəbistanının hərbi gəmisini məhv etdik
Yayınlanma tarixi: 8/18/2026 10:56:18 AM

Yəmən: Səudiyyə Ərəbistanının hərbi gəmisini məhv etdik.

İslamazeri.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri, Qırmızı dənizdəki Muha sahillərində Səudiyyə Ərəbistanının hərbi desant gəmisi və onu müşayiət edən dörd patrul qayığının ballistik raketlərlə hədəfə alındığını bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri deyib: "Qırmızı dənizdəki Muha sahillərində Səudiyyə Ərəbistanının hərbi desant gəmisi və onu müşayiət edən dörd patrul qayığını hədəfə aldıq".

O, əməliyyatın bir neçə ballistik raketlə həyata keçirildiyini və birbaşa və dəqiq zərbə ilə nəticələndiyini bildirib: "Əməliyyat nəticəsində hərbi gəmi tamamilə məhv edildi, bir neçə patrul qayığı batırıldı və qalan gəmilər yandırıldı".

Sözçü Yəhya Seri, Səudiyyə Ərəbistanının hərbi hərəkətlərini və qoşunların toplanmasını yaxından izlədiklərini bildirib.

GÜNÜN MANŞETLERİ

Sabah dörd şəhər və rayonda qaz olmayacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

8/18/2026 1:07:40 PM
Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

8/18/2026 12:36:45 PM