146 kq at ətini mal əti adı ilə satmağa hazırlaşan dəstə tutulub

146 kq at ətini mal əti adı ilə satmağa hazırlaşan dəstə tutulub
Yayınlanma tarixi: 2/7/2026 11:57:13 AM

Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.

İslamazeri.com xəbər verir ki, Tərtər rayonunda polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar.

T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

GÜNÜN MANŞETLERİ

Əhlibeyt Qrupunun yeni ilahi mahnısı - Video
MƏDƏNİYYƏT

Əhlibeyt Qrupunun yeni ilahi mahnısı - Video

2/7/2026 2:27:06 PM
Nüdbə duası
DİN

Nüdbə duası

2/7/2026 1:14:04 PM
İsrail Qəzzada daha bir binanı tamamilə dağıtdı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzada daha bir binanı tamamilə dağıtdı

2/7/2026 12:35:57 PM
Allahşükür Paşazadə sabah Vatikana gedir
ÖLKƏ / MÜXTƏLİF

Allahşükür Paşazadə sabah Vatikana gedir

2/7/2026 11:55:16 AM