ABŞ Maliyyə Nazirliyi nüvə sazişi üzrə dolayı danışıqlar davam edərkən Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirdiyini açıqlayıb.
İslamazeri.com xəbər verir ki, ABŞ administrasiyasının İrana qarşı düşmənçilik siyasəti davam edir.
Sabah Cenevrədə keçiriləcək İran-ABŞ danışıqlarından əvvəl Vaşinqton administrasiyası Tehrana yeni sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 4 şəxsə və 30 quruma qarşı sanksiyalar elan edib.
Tramp administrasiyası İrana qarşı "maksimum təzyiq" kampaniyasının bir hissəsi olaraq bu səyləri gücləndirir.