Niderlandın Tehrandakı səfiri Emiel de Bont İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İslamazeri.com xəbər verir ki, İran rəsmi olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə mal keçirməyə cəhd edən hollandiyalı diplomatla bağlı sərt etirazını bildirib və səfir de Bontu nazirliyə çağırıb.
İran Xarici İşlər Nazirliyinin açıqlamasında səfir de Bonta çatdırılan etirazda diplomatın gömrükdə müsadirə edilən baqajında İran qanunlarına əsasən idxalı və istifadəsi qadağan olunmuş əşyaların olduğu vurğulanıb.
İran bu hərəkətlərdən dərin narazılığını bir daha təkrarlayıb və hadisəni mövcud hüquqi və diplomatik normaların pozulması hesab etdiyini bildirib.