Azərbaycanda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanda külək güclənəcək - XƏBƏRDARLIQ
Yayınlanma tarixi: 2/13/2026 1:04:03 PM

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə fevralın 14-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

İslamazeri.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

GÜNÜN MANŞETLERİ