İraqda İŞİD-ə qarşı yeni əməliyyat başladıldı

İraqda İŞİD-ə qarşı yeni əməliyyat başladıldı
Yayınlanma tarixi: 10/11/2022 1:57:18 PM

Həşdi Şabi qüvvələri Neynəva vilayətində İŞİD terror təşkilatının qalıqlarına qarşı yeni əməliyyata başlayıb.

İslamazeri.com xəbər verir ki, İraq mediasının məlumatına görə, Həşd əş-Şabi qüvvələri Neynəva vilayətində İŞİD terrorçularını təmizləmək üçün yeni əməliyyata başlayıb.

Həşdi Şabi tərəfindən verilən açıqlamada, bu əməliyyatın Şərihan bölgəsinin Əl-Kubbada aparıldığı bildirilib.

Xatırladaq ki, İŞİD terror təşkilatı 2014-cü ildə İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində terrorçulardan geri alınıb.

İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD üzərində qələbə qazandıqlarını elan edib.

Aradan 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu əyalətlərin kənd yerlərində hələ də terrorçuların hücumları davam edir.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM