İŞİD-in Kərkükdəki hərbi komandiri məhv edilib

İŞİD-in Kərkükdəki hərbi komandiri məhv edilib
Yayınlanma tarixi: 10/8/2022 10:55:32 AM

İraqda İŞİD-in Kərkük hərbi komandiri adlandırılan “Əbu Mustafa” kod adlı Məhəmməd Mudri və iki silahlının öldürüldüyü bildirilib.

İslamazeri.com xəbər verir ki, İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsindən verilən yazılı açıqlamaya görə, İraq hava qüvvələrinin dəstəyi ilə təhlükəsizlik qüvvələri Kərkükün cənubundakı Vadi Zegetun bölgəsində İŞİD-ə qarşı əməliyyat keçirib.

İŞİD-in Kərkük hərbi komandiri 'Əbu Mustafa' kod adlı Məhəmməd Mudrinin və iki yaraqlının bunkerə endirilən hava hücumunda öldürüldüyü qeyd edilən açıqlamada, silahlıların təxminən 10 gündür İraq kəşfiyyatı tərəfindən izləndiyi bildirilib.

Açıqlamada İŞİD-in şəhərin cənubundakı son hücumlarının məhz bu qrup tərəfindən idarə olunduğu və dəstəkləndiyi bildirilib.

Qeyd edək ki, 2014-cü ildə İŞİD İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da İŞİD üzərində qələbə qazandığını elan edib.

Aradan 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu əyalətlərin kənd yerlərində təşkilatın hücumları davam edir.

GÜNÜN MANŞETLERİ

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub
REGİON / İRAN

SEPAH Amerikanın MQ-9 pilotsuz təyyarəsini vurub

5/26/2026 2:26:55 PM
Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu Livana hücumların davam edəcəyini açıqlayıb

5/26/2026 1:49:41 PM
Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir
ÖLKƏ / MÜXTƏLİF

Hava proqnozu: Sabah 30 dərəcə isti gözlənilir

5/26/2026 1:11:42 PM