İsrail Suriya ərazisinə yenidən hava zərbələri endirib

İsrail Suriya ərazisinə yenidən hava zərbələri endirib
Yayınlanma tarixi: 11/14/2022 11:12:43 AM

Ötən gecə İsrail rejimi Suriyanın Homs şəhərinə hava hücumu təşkil etdiyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyinin (SANA) məlumatına görə, sionist rejimin hücumlarından sonra, Homsda Suriyanın hava hücumundan müdafiə qüvvələri müdaxilə edərək havaya atılan raketləri məhv edib.

“Bizim hava hücumundan müdafiə sistemlərimiz düşmən raketlərinin əksəriyyətini vurub”, - Suriya hərbi mənbəsi bildirib.

Bəzi xəbər mənbələri sionist rejimin Homsda həyata keçirdiyi hücumda 2 suriyalı əsgərin şəhid olduğunu, 3 əsgərin isə yaralandığını bildirib.

Sionist rejim son illərdə Suriyaya raket hücumları ilə bu ölkənin hava məkanını dəfələrlə pozub.

GÜNÜN MANŞETLERİ

İsrail Livanı qadağan olunmuş fosfor bombaları ilə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanı qadağan olunmuş fosfor bombaları ilə vurdu

5/26/2026 10:47:04 AM
ABŞ İrana hücum edib
REGİON / İRAN

ABŞ İrana hücum edib

5/26/2026 10:13:55 AM