Lavrov: Qərb indiki müharibələrin hazırlığını uzun illər əvvəl planlayıb.
Qərb hazırda dünyada baş verən müharibələrin hazırlığını uzun illər görüb.
İslamazeri.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Türkiyənin Antalya şəhərində keçirilən forumda Lavrovun çıxışından əvvəl moderator qeyd edib ki, dünya hazırda “üç müharibə” yaşayır – Ukrayna, İran və “beynəlxalq nizama qarşı səssiz müharibə”.
Lavrov isə çıxışı zamanı bu fikirlərə münasibət bildirərək deyib ki, görünür, bu müharibələr planlaşdırılması “Qərb tərəfdaşları” adlandırdıqları qüvvələrin planlarına daxil olub.
O vurğulayıb ki, Qərbin bu cür siyasəti Sovet İttifaqının dağılmasından qısa müddət sonra formalaşmağa başlayıb.
Lavrov əlavə edib ki, Rusiya zamanla başa düşüb ki, ona bərabərhüquqlu tərəfdaş kimi yanaşılmır, verilən vədlər yerinə yetirilmir və ya sonradan onların mövcudluğu inkar edilir. Bu fikirləri o, NATO-nun genişlənməsi kontekstində səsləndirib.
O, həmçinin qeyd edib ki, hazırda baş verən hadisələrin kökü Ukrayna böhranından xeyli əvvələ gedib çıxır.