Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.01.2022 12:36:12

“Hər iki tərəf regionda siyasi həll və müharibəyə yol verilməməsinin vacibliyini vurğulayıb", - nazir bildirib.

Az.shafaqna.com IRNA-ya istinadən xəbər veri ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İran və Rusiya prezidentlərinin təxminən 3 saat davam edən danışıqlarının təfərrüatı barədə məlumat verib.

Rəisi və Putin İran və Rusiya XİN başçılarına 20 illik Rusiya-İran uzunmüddətli əməkdaşlığının yol xəritəsini tərtib etməyi tapşırıblar“, - deyə o qeyd edib.

Prezidentlər müfəssəl şəkildə ikitərəfli əməkdaşlığın, o cümlədən də siyasi və strateji sahələrdəki, iqtisadiyyat, ticarət, mədəniyyət, elm və texnika, özəl sektor ticarətindəki əməkdaşlığın bütün məsələlər kompleksini və qarşılıqlı marağı təmsil edən digər məsələləri gözdən keçiriblər“, - deyə iranlı nazir bildirib.

Abdullahiyan əlavə edib ki, prezidentlər arasında regional gündəlik, o cümlədən də Yəməndəki vəziyyətlə bağlı aktual məsələlərə dair ətraflı fikir mübadiləsi baş tutub.

Hər iki tərəf regionda siyasi həll və müharibəyə yol verilməməsinin vacibliyini vurğulayıb, həmçinin İran İslam Respublikası və Rusiyanın region ölkələrindəki sülhün əldə edilməsinə yardım məsələsindəki rolunu qeyd ediblər“, - deyə o bildirib.

Bundan başqa, Abdullahiyan deyib ki, Putin İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu iştirakçı qismində qoşulması ilə bağlı məmnuniyyətini ifadə edib və Tehranın ŞƏT-dəki əhəmiyyətli rolunu qeyd edib.

İran XİN başçısı həmçinin bildirib ki, bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirəcək, görüş zamanı tərəflər 20 illik Rusiya-İran əməkdaşlığının yol xəritəsini müzakirə edəcəklər.

Xatırladaq ki, Rəisi 19 yanvarda Rusiyaya rəsmi səfər edib. O, Kremldə Rusiya prezidenti ilə danışıqlar aparıb. Prezidentlər ikitərəfli əməkdaşlığın kompleks məsələlərini, həmçinin beynəlxalq və regional mövzuları, İranın nüvə sazişi məsələsini müzakirə ediblər.

Rəisi bu gün Rusiya Dövlət Duması və Moskva Cümə məscidində çıxış edəcək.


Abdullahiyan İran və Rusiya prezidentlərinin görüşünün təfərrüatı barədə danışıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb
    Prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir ağır cinayətin üstü peşəkarlıqla açılıb.
     24.05.2022
    Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ