1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.01.2019 13:26:02

Hacı Abgül Süleymanov 2 saylı CÇM-dən məktub göndərib

İslamazeri.com-a ruhaninin məktubu daxil olub.

Məktubda deyilir:

"Bağışlayan və Mehriban Allahın adı ilə...

Qanlı Yanvar faciəsi Azərbaycan xalqını ateizm düşüncəsindən xilas edib, öz fitri inancına - yəni Tohidə Tək Allahlığa qaytardı. Bu Azərbaycan xalqı üçün çox böyük və ağır bir itki ilə nəticələndi. Yüzlərlə vətəndaşımız şəhid oldu. Bu faciə bizim üçün çətin və ağır olsada, şəhidlərimizin qanı hədər olmadı. Biz bir xalq olaraq öz müstəqilliyimizi qurduq, Azərbaycan müstəqil oldu, məhz bu - şəhidlərin qanı və 20 Yanvar faciəsi sayəsində oldu.

20 Yanvar şəhidlərinin qanı, həmçinin müqaviməti bizi kommunizm ideologiyasından çıxarıb İslam ideologiyasına qədəm atmağımıza səbəb oldu. Bu 20 Yanvar faciəsinin nəticəsidir. Nəticənin böyüklüyü səbəbin də böyüklüyünü göstərir. Yüzlərlə insanın amansız qətlə yetirilməsi qətliam deməkdir. Bu ağır faciədir, bu faciəni həzm etmək çətindir.

Hər il 20 yanvar şəhidlərimizin olduğu şəhidlər xiyabanının ziyarət edilməsi azalmır - əksinə artır. Bu da xalqımızın şəhidlərə olan bağlılığı və eşqinin göstəricisidir. Xalq öz müstəqilliyini qardaş-bacıları, övladları və həyat yoldaşlarının qanı üzərində qurub. Bu qanlar xalqın sərmayəsidir. Müstəqiliyimiz qanımızla anılınıbsa, qanımızla da qorunmalıdır.

Nə qədər ki, 20 Yanvar, Qarabağ şəhidlərimiz yaşayacaq, müstəqiliyimiz də o vaxta qədər yaşayacaqdır. Çünki nəticə öz səbəbinə bağlıdır.

Azərbaycan xalqına, xüsusilə 20 yanvarda şəhid olanların ailələrinə, yaxınlarına dərin hüzlə başsağlığı verirəm.

Salam olsun qeyrətli övlad tərbiyə edən analara! Salam olsun Şəhidlərə! Allah şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur etsin.

Salam olsun şəhidlər sərvəri, Həzrəti Hüseynə (ə)!

Qeyd edək ki, Hacı Abgül Süleymanov 19-dan 20-sinə keçən gecə mitinqlərdə iştirak edib. O vaxt onun 13 yaşı olub.

Abgül Süleymanov, 2 saylı CÇM, 17 Yanvar 2019-cu il..."


Abgül Süleymanovdan məktub var - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Nazirlik işəgötürənlərə maaşlarla bağlı müraciət etdi
    Bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
     21.02.2019
    “Bu il beş “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək” - Ülvi Mehdiyev
    Agentlik sədri arzu edib ki, növbəti illərdə adıçəkilən şəhər və rayonlarımızda da “ASAN xidmət”i layihələndirək.
     21.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ