EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:21.11.2019 15:22:58

Human Rights Watch 18 yaşdan aşağı uşaqların tütün sanayesində işləməsinə qadağa qoyan layihənin hazırlanmasına çoxdan çalışır.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, yeni araşdırmaların nəticələri göstərib ki, ABŞ-da uşaqlar kənd təsərrüfatı sahəsində lazımi təlim keçmədən və təhlükəsizlikləri təmin olunmadan işləyir. Keçən həftə “Amerikanın Tibb Sənayesi Jurnalı”nda nəşr olunan hesabatda ABŞ fermalarında işləyən uşaqlardan hər gün 33-nün xəsarət aldığı və digər iş yerləri ilə müqayisədə kənd təsərrüfatında işləyən uşaqların daha çox öldüyü bildirilir.

Uşaq əməyindən bütün dünyada istifadə olunur və Birləşmiş Ştatlar da istisna deyil. Amerika fermalarında 10 yaşdan aşağı uşaqlar işə götürülür və onlar yaşlarına uyğun olmayan, çox vaxt olduqca isti hava şətaitində və ya yağışlarda işləməyə məcbur edilmələrinə baxmayaraq, böyülklərdən daha az maaş alır.

Özlərinin xəbəri olmadan uşaqlar tez-tez pestesidlərin təsirinə məruz qalır və susuzluqdan əziyyət çəkir. “Səhərlər hava nəm olanda biz zibil torbaları geyinirik. Lakin saat 10-11-dən sonra hava qızır və əynizmidə torbalar olduğu üçün bizə çox isti olur. Elə bir yanırsan” deyə, tütün tarlasında işləyən uşaq bildirir.

Nikotinin tütün sahələrində işləyən uşaqların sağlamlığına əlavə təsiri var. Başqa bir uşaq isə “tütün anbarında olarkən, yalnız onun iyindən xəstələnmək olur” deyir.

Human Rights Watch 18 yaşdan aşağı uşaqların tütün sanayesində işləməsinə qadağa qoyan layihənin hazırlanmasına çoxdan çalışır. Marqaret Vort: “Uşaqlar tarlaya çıxanda, istər tütün yarpaqlarını təmizləyərkən, istərsə də məhsul yığarkən nikotin onların dərisinə toxunur və onları xəstə edir. Bu, nikotin zəhərlənməsi deməkdir.”

Marqaret Vort Human Rights Watch təşkilatında uşaq haqlarının qorunması üzrə araşdırmaçıdır. O, Birləşmiş Ştatların tənd təsərrüfatı sahəsində işləyən uşaqların başqa sahələrdə işləyən uşaqlar kimi qanunla müdafiə olunmadıqlarını deyir. “ABŞ-ın əmək qanunvericiliyindəki bu boşluq 12 yaşdan aşağı uşaqların böyük fermalarda saatlarla, ağır işlər görməsi onların sağlamlığı və həyatlarının təhlükə qarşısında qoyulması deməkdir.”

Birləşmiş Ştatlar fermalarında doğulan uşaqlar valideynlərinə demək olar ki, çox erkən yaşlarında yardım etməyə başlayır.

Steve Prat beş ştatda şirkəti olan, təxminən bir əsrə yaxındır fəaliyyət göstərən “Burley Tobacco Growers”in rəhbəridir. Amerikanın Səsinə telefonla müsahibəsində o, şirkət rəhbərliyinin ABŞ-ın uşaq əməyi ilə bağlı qanunlarına riayət etmələrini tələb etdiyini deyib. "Bizim siyasətimiz uşaq əməyinə dair dövlət və federal qanunları dəstəkləməkdən ibarətdir. Biz fermerlərimizi bu qanunlara riayət etməyə və kiçik yaşlı uşaqları təhlükəli işlərdən uzaq tutmağa təşviq edirik.”

Lakin uşaq hüquqları müdafiəçiləri ABŞ-ın kənd təsərrüfatında uşaq əməyindən istifadə ilə bağlı qanunlarının çox zəif olduğunu deyir və daha güclü müdafiə tədbirlərinin görülməsini tələb edirlər.


ABŞ-da uşaq əməyinin istismarı - 10 yaşdan aşağı uşaqlar fermalarda işə götürülür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mossada bağlı sayt: Ayətullah Sistani bizim gizli və ən təhlükəli düşmənimizdir
    Mossada yaxınlığı ilə bilinən Debka Portalında yayımlanan bir analizdə Ayətullah Sistani Sionist rejimin varlığı üçün ən böyük təhlükə kimi göstərilib
     09.12.2019
    Həkimindən Şeyx Zəkzaki ilə bağlı açıqlama
    Şeyx Zəkzaki ilə bağlı mətbuat konfransı keçirilib.
     09.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ