EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:10.11.2018 12:33:26

Görüşdə ikitərəfli hərbi əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.

Noyabrın 9-da müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi,general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən İslamazeri.com-a bildirilib ki, qonaqları salamlayan Baş Qərargah rəisi yeni vəzifəyə təyin olunması münasibətilə general S.Lyonsu təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi və cəbhə xəttindəki hazırkı vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini bildirərək münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin mümkün olduğunu diqqətə çatdırıb.

Azərbaycan-ABŞ münasibətlərinin ikitərəfli və NATO-nun müxtəlif proqramları çərçivəsində, o cümlədən təhsil sahəsində inkişaf etdiyini qeyd edən general-polkovnik N.Sadıkov bildirib ki, ölkələrimiz arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə əməkdaşlıq yüksək səviyyədə davam etdirilir.
Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan tərəfini təbrik edən ABŞ generalı yeni vəzifədə ilk rəsmi xarici səfərini məhz ölkəmizə etməsindən məmnun olduğunu ifadə edib. Qonaq ölkəmizin Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfəni yüksək qiymətləndirərək bu sahədə fəal əməkdaşlığa görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan sülhməramlılarının xidmətini nümunəvi adlandıran general S.Lyons Əfqanıstanda həyata keçirilən missiyanı Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsi olduğunu da vurğulayıb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.


ABŞ generalı Əfqanıstandakı Azərbaycan sülhməramlıları barədə danışıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Kərimlinin saxlanılması ilə bağlı RƏSMİ açıqlama yayıldı
    AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıblar
     18.11.2018
    ABŞ Suriyada daha 40 dinc sakini qətlə yetirdi
    ABŞ BMT və beynəlxalq aləmin sükutu və reaksiyasızlığı kölgəsində Suriyada mülki qətliamını davam etdirir.
     18.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ