1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.03.2020 10:00:31

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei televiziya vasitəsilə çıxış edib

İslamazeri.com xəbər verir ki, çıxışının bir yerində koronavirusla bağlı danışan Ayətullah Xamenei ABŞ rəsmilərinin İrana yardım təkliflərini sərt tənqid edib.

“Demək olar ki, dünyanın bütün ölkələrinə yayılmış bu virus, bəzi ölkələrin xəstəlik və tələfatlarla bağlı həqiqətləri deyib, bəzilərinin gizlətməsi Quranın qorxu, iqtisadi problemlər və canların tələf olması bəlasından bəhs edən bir ayəsinin nümunəsidir. Ancaq Allah-taala bu bəla qarşısında da səbri tövsiyə edir. Səbir deyilərkən burada işləri düzgün və ağılla görmək, yəni insanların özləri və ölkə əhalisinin canını qorumaq, bu təhlükəli xəstəliyi nəzarətdə saxlamaq üçün əlaqədər qurumların göstəriş və tövsiyələrinə əməl etməsi nəzərdə tutulur”, - deyə Ayətullah Xamenei əlavə edib.

İslam İnqilabının Rəhbəri ABŞ rəsmilərinin, İran istəyəcəyi təqdirdə dərman və müalicə pereparatlarını göndərəcəkləri ilə bağlı bir neçə dəfə verdikləri açıqlamalara işarə edərək “Amerikalılar da çox qəribə danışırlar. Çünki birincisi, özlərinin xəstəliyin qarşısını almaq üçün qabaqlayıcı təchizat və dərman pereparatları sahəsində çatımazlıqları var. Onların bəzi məsul şəxsləri bu dəhşətli çatışmazlığın olduğunu açıq şəkildə qeyd edirlər. Buna görə də əgər imkanları varsa, öz camaatlarına kömək etsinlər”, -deyə qeyd edib.

Ayətullah Xamenei sonra deyib:  “İkincisi, Amerikalılar özləri bu virusu yaratmaqda ititham edildikləri halda, hansı ağıllı insan bu ölkənin yardımını qəbul edər?Amerikalılara heç inam yoxdur. Çünki elə dərmanlar göndərərlər ki, virusu İranda ya daha da çox yayar, ya da daha qalıcı edər. Hətta müalicə həkimləri adı altında elə adamlar göndərərlər ki, deyilənə görə, bir hissəsi xüsusilə yalnız İran üçün düzəldilmiş bu virusun təsirinin necə olduğunu öyrənib məlumatlarını təkmiləşədirər və düşmənçiliklərini daha da artırarlar. Amerikalıların sözləri qəbuledilməzdir”.

O, 40 illik təcrübəni xatırladaraq ölkənin problem və çətinliklərə qarşı mübarizə aparmaq üçün qeyri-adi imkanlara malik olduğunu qeyd etdi və əziz İran xalqına səsələnərək deyib: “Ölkənin imkanları çox genişdir. Ancaq mühüm olan məsul şəxslərin bu imkanları tanıması, bütün sahələrə mömin, motivasiyalı və dindar gənclərin cəlb edilməsidir”.

O, çıxışının sonunda bütün xalqa Korona ilə Milli Mübarizə Fondunun rəhbərlərinin göstərişlərini ciddiyə alıb əməl etməyi tövsiyə edib: “Bu qaydalara əsasən, dini komplekslər və pak hərəmlər tətilə çıxdı. Tariximiz boyu bunun analoqu olmamışdır. Ancaq çarə yoxdur, vəziyyət belə tələb edir”.

İslam İnqilabının Rəhbəri Allah-taalanın çox tez bir zamanda bu bəlanın İran xalqının, müsəlman xalqların və bütün bəşəriyyətin üzərindən götürəcəyinə ümidvar olduğunu deyib.


ABŞ koronavirusla bağlı öz camaatlarına kömək etsin, bizə lazım deyil...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
    Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
     03.06.2020
    Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
    Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ