1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:21.04.2020 10:06:31

ABŞ neftinin qiyməti tarixdə ilk dəfə "mənfi həddə" düşüb.

İslamazeri.com BBC-yə istinadən xəbər verir ki, ABŞ neftinin qiyməti tarixdə ilk dəfə "mənfi həddə" düşərək ən böyük şokunu yaşamaqdadır.

Bu o deməkdir ki, neft istehsalçıları may ayında neft depolarının saxlama qabiliyyətinin tükənə biləcəyi qorxusuna görə alıcılara əmtəəni əllərindən almaq üçün pul ödəyirlər.

Bütün dünya üzrə karantin tətbiqləri insanları evdə qalmağa məcbur etdiyinə görə neftə təlabat da azalıb.

ABŞ-ın bençmark markası olan West Texas Intermediate (WTI) markalı neftin bir barrelinin qiyməti mənfi 37,63 dollara qədər enib.

Bazar ertəsi günü neftin qiymətindəki kəskin azalma qismən də olsa qlobal neft bazarının texniki cəhətləri ilə əlaqələndirilib.

WTI markalı neftin iyun üçün qiyməti elə də çox düşməsə də, 20 dolların altında qalıb. Avropanın və bütün dünyanın istifadə etdiyi Brent markalı xam neftin qiyməti də iyun üçün 8.9 faiz azalaraq barreli 26 dollardan aşağı düşüb.

Bu ayın əvvəlində OPEC üzvləri və müttəfiqləri nəhayət ki, qlobal neft hasilatını 10 faiz azaltmaq barədə rekord razılaşma əldə ediblər. Bu, indiyədək neft hasilatında razılaşdırılan ən böyük azalma idi.

Lakin bir çox təhlilçilər deyir ki, bu azalma dəyişikliyə gətirib çıxaracaq qədər böyük deyildi.

ABŞ prezidenti Donald Trump hökumətin ölkənin milli ehtiyatı üçün neft alacağını açıqlayıb.


ABŞ neftinin ən qorxulu şoku: Satıcılar neftin üstündə pul ödəyirlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ