İkipartiyalı Siyasət Mərkəzi hesabat hazırlayıb.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Vaşinqton şəhərində yerləşən İkipartiyalı Siyasət Mərkəzi hesabat hazırlayıb.
Sənəddə digər məsələlərlə yanaşı deyilir ki, ABŞ-da defolt riski olduqca yüksəkdir. Mütəxəssislərin proqnozlarına görə, o, artıq Sentyabr ayının əvvəlində ABŞ-da başlaya bilər.
Bu cür proqnozlara səbəb isə ABŞ büdcəsinə, gözlənilənlərdən də aşağı olan vergi gəlirləri olub.
Belə ki, büdcəyə həmin daxil olmalar cəmi 2-3% artıb, gözlənilən rəqəm isə 5-6% idi.
Bundan başqa, ABŞ büdcəsinin defisiti 2019-cu maliyyə ilinin ilk 9 ayında 746 milyard dollara çatıb. İlin sonunadək isə bu göstərici 1 trilyon dolları da keçə bilər. Eyni zamanda ABŞ-ın dövlət borcu da artmaqdadır: hazırda o, təxminən 22 trilyon dollar təşkil edir.
ABŞ yaxın aylarda defolt ola bilər - EKSPERTLƏR