EURO 1,8385 TRY 0,2518
USD 1,7 RUB 0,022
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:10.01.2020 12:45:47

2020-ci ilin əvvəlində ABŞ və İran arasında gərginliyin artması göstərdi ki, Vaşinqton və NATO yüksək texnologiyalı rəqiblə döyüşməyə hazır deyillər.

Yanvarın 3-nə keçən gecə iranlı general Qasım Süleymaninin İraq ərazisində öldürülməsi amerikalıların bölgədəki hərbi-siyasi təsiri üçün çox zərərli oldu. İranın cavab reaksiyası ABŞ-ın Yaxın Şərqdəki rəqiblərini birləşdirdi və NATO üzrə avropalı müttəfirlərinə pis təsir etdi.

İranın İraqdakı iki Amerika hərbi bazasına raket zərbəsi sadəcə özünümüdafiə və ya qəsbkardan ağılsızlıq həddində olan qisas aktı deyildi. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qoşunları soyuq peşəkarlıq və yüksək dəqiq silahın effektivliyini nümayiş etdirdilər. ABŞ HƏM sistemləri, ilk növbədə Patriot ZRK İran istehsalı olan raketlərə qarşı gücsüz oldular. Güman edirəm ki, bu Pentaqon üçün xoşagəlməz yenilik oldu. Orada Tehranın hərbi cavabını gözləyirdilər, raket buraxılışlarını izləyə bildilər, lakin zərbənin qarşısını ala bilmədilər.

Münaqişə tərəfləri və onlara loyal olan ekspertlər İİKK-nın ABŞ-ın İraq ərazisindəki Ayn əl-Əsəd və Ərbil bazalarına raket zərbələrinin nəticələrini müxtəlif cür qiymətləndirirlər. Tehran bir neçə döyüş təyyarəsinin və 80dək amerikalı hərbçinin məhv edildiyini bəyan edir. Prezident Donald Tramp vəziyyəti Twitter-də şərh edib: "Hər şey yaxşıdır!.. Dünyanın ən güclü və ən yaxşı təchiz olunmuş silahlı qüvvələri bizdədir". Peykdən çəkilən şəkillər isə obyektiv olaraq İran raketləri tərəfindən ABŞ-ın iri Ayn əl-Əsəd hərbi bazasının səkkiz obyektinin məhv edildiyini, yəni, buraxılış yerindən (İran ərazisindən) 300 kilometr məsafədə zərbənin yüksək dəqiqliyini təsdiq edir.

Döyüş tətbiqi

İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, ABŞ-ın iki hərbi bazasına 35 zərbə endirilib. İİKK həmçinin xəbərdarlıq edib: "Ərazisində terrorçu dövlətin bazaları yerləşdirilmiş Birləşmiş Ştatlara müttəfiq olan bütün dövlətlər, İran İslam Respublikasına qarşı istənilən formada düşməncəsinə aqressiv hərəkətlər üçün baza olacaq bütün ərazilər bizim hədəflərimiz olacaq".

İranın Tasnim informasiya agentliyi məlumat yayıb ki, hücum üçün İran hərbçiləri Fateh – Fateh-313 ailəsindən olan ən yeni ballistik raketlərdən, həmçinin radarlar üçün maneələr sistemində parçalanan döyüş başlıqları ilə təchiz edilmiş Qiam raketlərindən istifadə ediblər.

İraq ordusunun mətbuat xidməti ölkə ərazisinə düşən 22 raket barədə məlumat yayıblar. Onlardan 17-si Ayn əl-Əsəd hərbi bazasına düşüb (ikisi partlamayıb), beş raket Ərbil rayonuna düşüb. İraq hərbçiləri qeyd ediblər ki, bütün raketlər koalisiya qüvvələrinin obyektlərinə düşüb (iraqlı hərbçilər xəsarət almayıblar).

Qərb mütəxəssisləri və Vaşinqtondakı rəsmi mənbələr 15 Qiam-1 və Zulfiqar raketlərinin atıldığını deyirlər. Onlardan 10-u Ayn əl-Əsəd bazasındakı hədəfə və biri Ərbildəki bazaya dəyiblər (guya dörd raket hədəfə çatmayıb). Ola bilsin ki, rəqəmlərdə həqiqət haradasa ortadadır.

Qeyd edək ki, hətta ayrılan başlıqla Qiam-1 raketi SSRİ-nin birpilləli ballistik P-17 raketinin İran yönləndirmə sistemi ilə təkmilləşdirilmiş variantıdır, döyüş hissəsi 750 kq, mənzili isə 800 kim-dir. Özü yönələn bərk yanacaqlı operativ-taktiki Zulfiqar raketi iranlı mütəxəssislər tərəfindən hazırlanıb və 2016-cı ildə silahlanmaya daxil edilib. Onun döyüş hissəsi 500 kiloqramdır, mənzili isə 700 km-dir. Əgər İran həqiqətən bu ballistik raketlərdən (HƏM üçün ən çətin hədəflər deyil) istifadə edibsə, Amerikanın Patriot ZRK-sı harada idi və niyə Qiam-1 və Zulfiqar bazalara çatmamış dayandırılması? Zəiflik göz önündədir.

ABŞ-ın NPR nəşri peyk şəkillərinə əsasən İİKK-nın döyüş fəaliyyətinin nəticələrini öyrənərək xoş olmayan qənaətə gəlib: "Vurulmuş obyektlərdən bəziləri elə görünürlər ki, sanki raket tam mərkəzə düşüb… İranın raket zərbəsi İraqdakı Ayn əl-Əsəd bazasına böyük ziyan vurub". İnanılmaz dəqiqlik belə güman etməyə əsas verir ki, İran yalnız ballistik deyil, həm də qanadlı raketlərdən istifadə edib.

"Məğlubedilməz" iş başında

Pentaqonun strateqlərinə yəqin məlumdur ki, dünyanın Global Firepower hərbi güc reytinqində İran İslam Respublikası 14-cü yerdədir və Pakistanı, İsraili, Şimali Koreyanı, Avstraliyanı, İspaniyanı və Kanadanı qabaqlayır. Ölkədə 83 milyon nəfərdən çox əhali var, bu isə böyük çağırışçı ehtiyatıdır (müqayisə üçün, qonşu İraqda 38 milyon əhali var).

Amerikalıların Yaxın Şərqin neft hasil edən ölkələrini öz iradəsinə tabe etdirmək arzusu aydındır, lakin reallıq hisini itirmək olmaz. İran yarım milyonluq silahlı qüvvələri var, onlar İİKK və dünyəvi qoşunlara bölünüb (funksiyaların təkrarlanması döyüş qabiliyyətini artırır). Dünyada İran raket qurğularının sayı (1900 vahid) amerikalılarınkından xeyli çoxdur. Həmçinin 1600 tankı, üç minədək atrilleriya qurğusunu, 170-dən çox zərbə uçan aparatını, inkişaf etmiş HƏM sistemini (keçən ilin iyununda İran ərazisi üzərində RQ-4A Global Hawk ABŞ kəşfiyyat dronunu vurub). Qərb analitiklərinin məlumatına görə, İran HDD dünya gəmilərin sayına əsasən dördüncü yeri tutur (398 vahid) və ABŞ-dan bir pillə geri qalır.

Pentaqonda bəyan ediblər ki, general Qasım Süleymaniyə hücuma ABŞ Prezidenti Donald Tramp sanksiya verib. Məqsəd "xaricdəki ABŞ personalını müdafiə etmək olub". Amerikalı generalların və prezidentin İranın siyasi iyerarxiyasında üçüncü adamın məhv edilməsi əmrini verərkən hansı reaksiyaya ümid etdiklərini anlamaq çətindir. Yəqin Tehranın rəsmi olaraq ABŞ ordusunu terrorçu təşkilat elan edəcəyini və bunun bölgə üçün necə nəticələnəcəyini fikirləşmirdilər.

Hərbi münaqişənin qızışması fonunda ABŞ-ın müttəfiqlərinin reaksiyası maraqlıdır. İranın "Əl-Qüds" xüsusi təyinatlı bölüyünün komandanı general Qasım Sülreymaninin qətlini NATO-da ABŞ-ın müstəqil qərarı adlandırıblar. Bundan əlavə, İİKK-nın raket zərbəsi ərəfəsində ABŞ-ın NATO üzrə müttəfiqləri sözün əsl mənasında İraqdan qaçdılar: İspaniya, Kanada və Xorvatiyanın hərbi hissələri Küveytə keçiblər. "Qətiyyətli əzmkarlıq" əməliyyatının qərargahı da Bağdaddan bu ölkəyə köçüb. İranın zərbəsinə bir neçə saat qalmış hətta azsaylı litvalı hərbçilər ABŞ bazasını tərk ediblər. Latviya isə hökumət parlamentin NATO qoşunlarının çıxarılması qətnaməsini dəstəkləyərsə, İraqı həmişəlik tərk etməyə hazır olduğunu bildirib. Daha öncə İran Prezidenti Həsən Ruhani bəyan edib ki, İraq parlamenti ABŞ-ın ölkədən və bölgədən qovulması üçün plan hazırlayıb.

İran İraqdakı Amerika bazalarına zərbəni ABŞ-a vurulan "şillə" adlandırıb. Yaranmış vəziyyətdə bu ifadə ən yumşaq izahdır. Nüfuzlu iranlı generalın (bir çox iranlılar üçün milli qəhrəman olan) qətlini doğuran strateji planlardan və motivlərdən asılı olmayaraq, Birləşmiş Ştatlar özləri üçün çox mənfi nəticə əldə etdilər.

sputnik.az


ABŞ yüksək texnologiyalı rəqiblə döyüşməyə hazırdırmı? - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan neftinin qiyməti bahalaşdı
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     06.04.2020
    Şəmxani: Tramp koronavirusdan da təhlükəlidir
    İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani ABŞ-ı tənqid edib
     06.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ