EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.08.2018 10:37:04

Bakı Ağır Cinayətlər Məhkəməsində 66 yaşlı nənəsini öldürən yeniyetmənin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 66 yaşlı nənəsini öldürən yeniyetmənin məhkəməsi başlayıb.

“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120.1-ci maddəsiylə təqsirləndirilən Muradov Nihad Nicat oğlunun məhkəmə prosesinə hakim Əhməd Quliyev sədrlik edir.

Belə ki, bu ilin yanvar ayında Abşeron rayonunda 1951-ci il təvəllüdlü Seyidəliyeva Xaccabəyim Məhəmməd qızı naməlum şəxs tərəfindən yaşadığı evdə bədən nahiyələrinə çoxsayılı bıçaq zərbələri vurularaq qətlə yetirilib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları gəlib və ilkin araşdırmalar zamanı məlum olub ki, X.Seyidəliyevanı 17 yaşlı nəvəsi, Muradov Nihad Nicat oğlu öldürüb.
İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Muradov saxlanılıb. İlkin dindirmələr zamanı nəvə nənəsini öldürməyini etiraf edib. Belə ki, o, nənəsinə məxsus qızılları sataraq özünə telefon almaq istəyib ancaq X.Seyidəliyeva buna mane olub. Bu zaman 11-ci sinif şagirdi olan Nihad çoxsaylı bıçaq zərbələri ilə nənəsini qətlə yetirib. Sonra isə qızılları götürərək Bakıya gəlib və onları sataraq özünə telefon alıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və 17 yaşlı yeniyetmə şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, 17 yaşlı Muradov Nihad Nicat oğlu qətlə yetirilənin qız nəvəsidir.


Abşeronda 17 yaşlı yeniyetmə telefona görə nənəsini öldürdü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Generel Səlamidən Pompeoya cavab: İranlıların yemək artıqları 50 milyon amerikalı acı doyurar
    General Səlami bu reaksiyanı Pompeonun İran xalqını ac qoymaq təhdidinə göstərib.
     17.11.2018
    Məhərrəmovların Madriddəki şərab biznesi - FOTO-VİDEO
    Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edilib.
     17.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ