EURO 1,9271 TRY 0,3119
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:13.05.2018 12:57:45

"Kəpəz"ə lisenziya müvafiq komissiyaya müraciət etdikləri üçün verilib. Lisenziyanı əziyyət çəkərək, hüquqi baxımdan alıblar".

"Kəpəz"ə lisenziya müvafiq komissiyaya müraciət etdikləri üçün verilib. Lisenziyanı əziyyət çəkərək, hüquqi baxımdan alıblar".

Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov Lisenziya Komissiyasının qərarını şərh edərkən deyib.

Milli assosiasiya rəsmisi Gəncə komandasının gələn mövsüm Azərbaycan Premyer Liqasında çıxış etməyəcəyinə işarə vurub:

"İdman prinsiplərinə uyğun olaraq, axırıncı yeri tutan komanda Premyer Liqadan I Diviziona getməlidir".

Baş katib "Kəpəz"in qalması və I Divizionun qalibi "Xəzər"in də gəlişi ilə 10 komandalı Premyer Liqa mümkündürmü" sualını isə belə cavablandırıb:

"Açığı, I Divizion komandaları bütün sənədləri təqdim etməyiblərsə, apellyasiya üçün verilən 10 gün vaxt ərzində heç nə dəyişə bilməz".

AFFA-nın Lisenziya Komissiyası "Qarabağ", "Qəbələ", "Neftçi", “Sumqayıt”, “Zirə”, "Keşlə", "Səbail" və "Kəpəz"lə yanaşı, I Diviziondan "Sabah" klubunun gələn mövsüm Premyer Liqada iştirakı üçün lisenziya verib. Əvəzində aşağı liqanın qalibi "Xəzər" klubu elitada çıxış etmək üçün lisenziya ala bilməyib.


AFFA: "Axırıncı yeri tutan komanda I Diviziona getməlidir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 1,2 milyon manat qazanan şəbəkə tutuldu - FOTOLAR
    Mütəşəkkil dəstənin 5 üzvü barədə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
     18.03.2019
    Müsəlman qatili öz əməlinin SƏBƏBİ haqda: 2 il öncə...
    Yeni Zelandiyada məscidlərə hücum etmiş terrorçu öz cinayəti haqda danışıb.
     18.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ