EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.11.2017 17:46:51

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Federika Mogerini Livan böhranı ilə bağlı danışıb.

Avropa İttifaqı (Aİ) bəyan edib ki, Riyadda istefasını elan etmiş Səəd Həriri ölkəsinə qayıtmalıdır. İttifaq, həmçinin Livanın daxili işlərinə qarışılmaması ilə bağlı xəbərdarlıq səsləndirib. "Biz ilk öncə bütün siyasi qüvvələrə çağırış edirik i, Livandakı məsələyə ciddi yanaşsınlar, atdıqları addımların Livan vətəndaşlarına nə cür təsir göstərəcəyinin fərqində olsunlar. Baş nazir Səəd Həriri öz ölkəsinə qayıtmalı və hökuməti birləşdirməlidir, ölkənin daxili işlərinə diqqətini yönəltməlidir".

İslamazeri.com "Press TV"-yə istinadla xəbər verir ki, bu sözləri Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Federika Mogerini dünən Brüsseldə İttifaq ölkələrinin XİN rəhbərləri ilə görüşündə deyib.

O, Səudiyyə Ərəbistanına işarə edərək qeyd edib ki, Livanın daxili işlərinə qarışmaq indi və hər zaman təhlükəlidir: "Biz ümid edirik ki, bu ölkəyə hər hansı xarici müdaxilə baş tutmasın. İnanırıq ki, regional münaqişələri, regional hərəkatları, regional gərginliyi Livana bulaşdırmaqdan çəkinmək lazımdır, Livan bu proseslərdən kənar tutulmalıdır". Mogerini, həmçinin Livanın xarici işlər naziri Cübran Bassil ilə görüşəcəyini də qeyd edib.


Aİ: Livanın daxili işlərinə qarışılmamalıdır, Həriri isə ölkəsinə qayıtmalıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ