Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.
Yenicag.az xəbər verir ki, həlledici matçda “Çelsi” İngiltərədə Almaniyanın “Ayntraxt” komandasını qəbul edəcək. Səfərdəki oyunda rəqibi ilə 1:1 hesablı heç-heçə etmiş londonlular, az da olsa, üstünlüyə malikdirlər.
Yarımfinalın digər matçında isə “Arsenal” İspaniyada “Valensiya” ilə münasibətlərə aydınlıq gətirəcək. Londondakı görüşdə rəqibini 3:1 hesabı ilə məğlub etmiş “topçular” üstünlüyünü qorumağa çalışacaqlar.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası, Yarımfinal, cavab oyunları
9 may
23:00. “Valensiya” (İspaniya) - “Arsenal” (İngiltərə)
Baş hakim: Danni Makkeli (Hollandiya)
Valensiya. “Mestalya” stadionu
İlk oyun - 1:3
23:00. “Çelsi” (İngiltərə) - “Ayntraxt” (Almaniya)
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
London. “Stemford Bric” stadionu
İlk oyun - 1:1.
Avroliqanın finalçıları müəyyənləşir - Bakıya kimlər gələcək?