EURO 1,8914 TRY 0,2499
USD 1,7 RUB 0,0247
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:11.05.2020 13:24:01

Bir hissəsi açıq havada olan resoranlar da sosial məsafəni gözləməklə yenidən açıla biləcək.

İslamazeri.com BBC-yə istinadən xəbər verir ki, Avropa ölkələri boyu karantin şərtləri yumşaldılır, amma bu addımın infieksiyanın ikinci dalğasına səbəb olmayacağı ümid edilir.

Fransada ibtidai siniflər bu gündən etibarən az sayda şagirdlərlə işə başlayır. Bazar ertəsindən Fransada geyim mağazaları, kitab dükanları, bərbərxanalar və gözəllik salonları, gül dükanları açılacaq. Restoranlarda, kinoteatrlarda və barlarda isə qadağalar hələ də qalmaqdadır.

Belçikada əksər biznes sahələri sosial məsafənin qorunması ilə Bazar ertəsindən açıq olacaq. Resoranlar, kafelər və barlar hələki bağlı qalır.

Hollandiyada bu gündən etibarən ibtidai siniflər hissə-hissə yenidən açılacaq. Bu gündən etibarən kitabxanalar, psixoterapiya yerləri, sürücülük məktəbləri və bərbərxanalar da fəaliyyət göstərəcəklər.

İsveçirədə ibtidai və orta məktəblər yenidən açılacaq, amma siniflərin ölçüləri kiçildiləcək. Restoranlar, kitab dükanları və muzeylər də müəyyən məhdudiyyətlər tətbiq edilməklə işləyəcəklər.

İspaniyanın bəzi bölgələrində insanların on nəfərə kimi bir yerə yığışmasına icazə veriləcək. Bir hissəsi açıq havada olan resoranlar da sosial məsafəni gözləməklə yenidən açıla biləcək.

Britaniyada İngiltərə bəzi karantin qaydalarını bu həftədən yumşaldacaq, amma Birləşmiş Krallığın digər hissəsində karantin qaydaları əvvəlki sərtliyində qalacaq.

Danimarkada ticarət mərkəzləri Bazar ertəsindən etibarən yenidən açılacaq.

Polşada bu həftədən otellər yenidən açıla bilər, amma xarici turistlər hələ də iki həftə müddətində karantində qalmalıdırlar.

Almaniya, Avstrya və İtaliya kimi digər Avropa ölkələri karantin qaydalarının yumşaldılmasına artıq başlayıblar.


Avropa karantin rejimini yumşaldır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ