EURO 1,8924 TRY 0,2901
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:16.05.2019 10:59:33

Tanınmış jurnalist Xaqani Səfəroğlu 15 may 1992-ci ildə Azərbaycanda baş vermiş inqilabla bağlı sosial şəbəkədə maraqlı foto paylaşıb.

Tanınmış jurnalist Xaqani Səfəroğlu 15 may 1992-ci ildə Azərbaycanda baş vermiş inqilabla bağlı sosial şəbəkədə maraqlı foto paylaşıb. 


Demokrat.az xəbər verir ki, jurnalist sözügedən fotoda olan şəxslər arasında Britaniya kəşfiyyatı Mİ-6 nümayəndəsi Lesli Abrahamsın olduğunu qeyd edib:


"15 may 1992-ci ildə Azərbaycanda baş vermiş inqilab – Ayaz Mütəllibovun hakimiyyətdən aşırılması beynəlxalq maraqların müşaiyəti altında baş verib. 


Fotoda Britaniya kəşfiyyatı Mİ-6 nümayəndəsi Lesli Abrahamsdır. Şəkil Bakıda çəkilib. O, 1992-ci ildə Bakıda BP-nin neftlə bağlı danışıqlarını təşkil edən əsas fiqurlardan olub. May 15-də Mİ-6-nın Moskva bürosunun rəhbəri Skarelttə baş verən prosesləri izləyib. Hazırda Avropa Parlamentində antiinhisar qanunvericiliyi üzrə müşavir işləyir. SSRİ dağıldıqdan sonra onun neftlə zəngin məkanı olan Bakıya ingilislər dərhal əl qoymaq istəyiblər. 

 

Image result for Bp operative leslie abrahams


“Britiş Petrolium” burada fəal rol oynayıb. Əbülfəz Elçibəyin prezident seçilməsindən dərhal sonra BP-nin rəhbəri Braun Bakıya gələrək neft sazişlərinin imzalanması üçün danışıqlara başlayır. Britaniya XİN-inin və Mİ-6-nın nəzarəti altında gedən bu prosesdə əsas məqsəd ingilis şirkətinin maraqlarının daha çox əks olunduğu saziş hazırlamaq idi. 


Bunun üçün Azərbaycan hökümətinə ilkin olaraq 90 milyon dollar pul ayrılır. Bunun 40 milyon dolları sentyab ayında Bakıya gəlmiş Marqaret Tetçer vasitəsilə nağd olaraq Azərbyacan hakimiyyətinə verilir. 


Tetçer Britaniya XİN-ni əmin edir ki, saziş barədə razılıq əldə etməyincə Bakıdan tərpənməyəcək. 


Azərbaycan hakimiyyəti ilə 4 maddəlik ilkin saziş imzalanır. Bu saziş indiyə qədər açıqlanmayıb. 


Britaniya sərfəli saziş bağlandığına əmin olur. Lakin prezident Əbülfəz Elçibəy BP-nin şərtlərini qəbul etmir və onu Azərbaycan üçün daha əleverişli olmasını tələb edir. Danışıqlar dayanır.


Britaniya XİN-i qapalı təlimatında prezident Elçibəyin ingils maraqlarına uyğun gəlmədiyini qeyd edərək müvafiq dairələrə göndərir. 


1992-ci ilin dekabrından Azərbaycanın Qarabağda hucumu dayandırlır. Bakı mürəkkəb geopolitik oyunların girdabına düşür...".

 

Ayaz Mütəllibovu Britaniya kəşfiyyatı devirib? - Mİ-6 xəfiyyələrinin Bakıda çəkilmiş FOTOSU

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ etiraf etdi: İranın bazamıza hücumunda yaralananlar olub
    ABŞ Prezidentinin Ayn Asad hərbi bazasında heç bir hərbçinin hədəf alınmamasıyla bağlı açıqlaması yalan çıxdı
     17.01.2020
    Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb
    Əlilliyin qiymətləndirilməsi qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanıb və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.
     17.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ