1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:10.03.2021 17:59:42

Ayətullah Sistaninin İraqdakı azlıqların zülm görməməsi, Şiələr və Sünnilər arasında diaoloqun düzgün qurulması baxımından verdiyi mesajların son dərəcədə qiymətli olduğunu dəyərləndiririk

“Ayətullah Sistaninin İraqdakı azlıqların zülm görməməsi, Şiələr və Sünnilər arasında diaoloqun düzgün qurulması baxımından verdiyi mesajların son dərəcədə qiymətli olduğunu dəyərləndiririk.”

İslamazeri.com "Az.shafaqna.com"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Ak Parti) sözçüsü Ömər Çelik partiyasının Mərkəzi Qərar İcra heyəti toplantısından sonra verdiyi açıqlamada deyib.

Ömər Çelik Türkiyənin İraqdakı bütün prosesləri diqqətlə izlədiyini qeyd edərək  “Papanın İraqa ziyarətini də diqqətlə izlədik. Ayətullah Sistani çox böyük dini liderdir. 2011-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan baş nazir olarkən ziyarət etmişdi. Ayətullah Sistani Dini lider olmaqla yanaşı, böyük bir siyasi gücdür. Özü siyasətlə məşğul olmadığını bildirsə də, İraqdakı siyasətçilər tərəfindən diqqətə alınan təqlid mərcələrindəndir. Oradakı görüş zamanı, prezidentimiz Ayətullah Sistanilə İraq və Türkiyə münasibətləri ətraflı müzakirə etmişdi. Ayətullah Sistaninin İraqdakı azlıqların zülm görməməsi, Şiələr və Sünnilər arasında diaoloqun düzgün qurulması baxımından verdiyi mesajların son dərəcədə qiymətli olduğunu dəyərləndiririk. Eyni zamanda fərqli məzhəbçilik baxımından digər məzhəblərə qarşı şiddət-təzyiq edilməməsilə bağlı verdiyi açıqlamaların da dəyərli olduğunu düşünürük.”, -deyə bildirib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (Ak Parti) sözçüsü sonra deyib: “Təbii ki, dini liderlər arasında görüşlər həmişə yaxşıdır. Papa ilə Ayətullah Sistani arasında görüş, ümidarıq ki, müsbət tendensiyalar yaradacaq bir hadisədir. Papanın orada kilsələrlə birlikdə, hücuma məruz qalan məscidlərlə bağlı verdiyi mesajı da müsbət diyərləndiririk.  İraqda kimsə təhlükəsiz deyilsə, heç kəs təhlükəsiz deyildir. İraqda kimsə azad deyilsə. heç kim azad deyildir. İraqda bütün dinlər, bütün məzhəblər azad və güvəndə deyilsə. heç bir din və məzhəb azad və güvəndə deyildir.”

Çelik həmçinin bu səfərdən Avropa liderlərinin də dərs çıxarmalı olduğunu deyib.


Ayətullah Sistani Dini lider olmaqla yanaşı, böyük bir siyasi gücdür - Ömər Çelik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Myanmada etiraz mitinqlərində ölənlərin sayı hər gün artır
    Myanma ordusu Kachin Ó™yalÓ™tindÓ™ki kilsÓ™lÓ™rÓ™ basqın tÓ™şkil edib.
     8.04.2021
    Müsəlmanlar kimsəsiz şəxslərə layiqli dəfn mərasimləri keçirirlər
    “Kamillik və Mərhəmət Assosiyasiyası”-nın Baş katibi Lamin Mandianq bu haqda danışıb
     8.04.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ