EURO 1,9349 NEFT 71,42
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.06.2018 01:33:24

Bazar günü universitet müəllimləri və tələbələri qəbul edən Ayətullah Xamenei Fələstin probleminin həlli üçün İranın təklifini açıqlayıb

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı rəhbəri Ayətullah Seyid Əli Xamenei Fələstin probleminin həllinin dünyada yaşayan Fələstin əsillilər arasında bir referendumun keçirilməsi olduğunu bildirib.

Bazar günü universitet müəllimləri və tələbələri qəbul edən Ayətullah Xamenei "dönəmin Şimri və uşaq qatili" olaraq adlandırdığı  İsrailin baş naziri Benyamin Netanyahunun Avropa ölkələrinə başladığı səfər zamanı yaydığı yalanlara işarə edərək "Tarixdəki bütün zalimlərin öndə gələni olan bu cani Avropalılara İranın bir neçə milyon yəhudiyi yox etmək istədiyilə bağlı yalanını söylədi. Halbuki bizim Fələstin üçün təklif etdiyimiz həll yolu, həm tamamilə məntiqli, həm də demokratikdir", -deyə bildirib.

Sionist rejimin Qəzza və Qüdsdəki cinayətləri qarşısında avropalıların susqunluğuna işarə edən İnqilab Lideri sözlərinin davamında deyib: "Tarixi bir ölkə lan Fələstin üçün hökümətini təyin etmək üçün dünyanın qəbul etdiyi bir üsuldan istifadə edərək, ictimaiyyətin - xalqın fikiri diqqətə alınmalıdır. Müsəlmanlar, yəhudilər və xristianlar olmaqla ən az 80 il bu yurdda keçmişləri olan Fələstin əsillilər arasında həm işğal altındakı torpaqlarda, həm də onun xaricində bir referendum keçirilməlidir."

Daha sonra İslam İnqilabı rəhbəri "BMT-də İran adı ilə qeydə alınan bu təklifin beynəlxalq dəyərlərə zidd bir tərəfimi var? Niyə avropalıların bu təklifimizi anlamaq istəmirlər", -deyə əlavə edib.

İslam İnqilabı rəhbəri İran üçün yeni planlar töküldüyünü qeyd edərək deyib: "İran İslam Respublikası, ən çox dəyərsiz və kibirli ölkələrlə qarşı qarşıyadır. Fəqət digər ölkələr və özəlliklə xalqı tərəfindən İrana hörmət edirlər. Buna görə də, xəbis düşmənlər hər zaman İrana qarşı yeni plan qurmaq istəyir. Allahın yardımı ilə onlar yenə İran xalqı və dövləti qarşısında məğlub olacaqlar."


Ayətullah Xamenei Fələstin probleminin həll yolunu açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Türkiyə niyə bu yaxınlarda Suriyanın şimalından çəkiləcək?”
    Livanın "Əl-Əhd" xəbər saytı Suriyada hərbi sahədəki irəliləyişlər və beynəlxalq diplomatik hesabların Türkiyəni Suriyanın şimalından dərhal çəkilməyə məcbur edəcəyini yazıb.
     16.08.2018
    Pensiyaçılara şad xəbər
    Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
     16.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ