EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:21.03.2019 09:55:36

İslam İnqilabının rəhbəri hər il olduğu kimi, bu ildə Şəmsi ilin daxil olması münasibətilə Novruz müraciəti yayıb və bu ilin şüarını - "İstehsala rövnəq!" olaraq seçib

İslamazeri.com xəbər verir ki,  İslam İnqilabının rəhbəri hər il olduğu kimi, bu ildə Şəmsi ilin daxil olması münasibətilə Novruz müraciəti yayıb və bu ilin şüarını -  "İstehsala rövnəq!" olaraq seçib.

Sözünün əvvəlində İmam Əlinin (ə) mövluduna təsadüf edən Novruz münasibətilə İran xalqını təbrik etmə qismətini əta edən Allaha həmd edən İslam İnqilabının rəhbəri Ayətullah Xamenei düşmənlərin müxtəlif planlarının baş tutmadığını qeyd edib. Ayətullah Xamenei sərt sanksiyalar qarşısında İran xalqının qüdrətli reaksiya göstərdiyini deyərək " Siyasi arenada bu reaksiyanın təzahürü əzəmətli 22 bəhmən(11 fevral) nümayişləri və xalqın bütün il boyunca öz iradəsini və mövqeyini sərgiləməsi oldu. İqtisadi qarşıdurmadakı mövqeyinə gəlincə isə elmi-texniki novatorluğun artması, infrastruktur və əsaslı yerli istehsalatın artması onun təzahürünü təşkil etdi. Buna, son günlər İranın cənubundakı müxtəlif qaz layihələrinin istifadəyə verilməsini, Bəndərabbasda nəhəng neftayırma zavodunun istifadəyə verilməsini və bu qəbildən olan işləri misal göstərmək olar.", - bildirib.

Ölkənin əsas problemlinin iqtisadi olduğunu və  bu problemin  tezliklə həll olunmasının vacibliyini vurğulayan İslam İnqilabı lideri "Ötən aylar xalqımızın məşət problemləri artıb. Bunların bir hissəsi iqtisadi məsələlərdə nöqsanlı idarəçiliyə aiddir ki, mütləq həll olunmalıdır. Proqramlar hazırlanıb, tədbirlər görülür. Allah qoysa bu tədbirlər elə bu andan başlayan yeni ildə 1398-də inşallah öz bəhrəsini verəcək və xalqımız onun təsirlərini hiss edəcəkdir.Mənim qeyd etmək istədiyim məsələ budur ki, ölkənin təcili və ciddi məsələsi, ölkənin prioriteti hələlik iqtisadi məsələdir. Milli valyutanın öz dəyərini qismən itirməsi mühüm məsələdir. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, zavodlar və fabriklərin problemləri, onların fəaliyyətlərini azaltmaları, bəzi zavodların isə bağlanması bu qəbildən olan problemlərdəndir. Mən bu barədə araşdırma aparmışam və ekspertlərin fikirlərindən istifadə etmişəm. Çıxış yolu və problemin açarı milli istehsalın inkişafıdır.", -deyə əlavə edib.

İşsizliyin aradan qaldırılması üçün tədbirlərin, həmçinin yeni iqtisadi hədəflərin olacağını qeyd edən yətullah Xamenei yaxın günlərdə bu haqda ətraflı danışacağını və bu ilin şüarını  "İstehsala rövnəq, istehsala rövnəq!" olaraq seçib.

"Hamı çalışmalıdır ki, istehsal ölkədə rövnəqlənsin. İlin əvvəlindən sonunadək inşaallah bu məna ölkədə dolğun şəkildə hiss edilsin. Əgər bu, baş tutarsa, ümid edirəm ki, inşaallah iqtisadi problemlər öz həllini tapacaqdır. Könüldən gələn sevgimi salam və salavatı Həzrət Vəliyi Əsr Ərvahuna Fədaya ərz edirəm və o imamın dualarının siz əziz xalqımıza şamil olmasını arzulayıram. "İran xalqının və Novruz bayramını keçirən bütün xalqların səadət və xoşbəxtliyini Allah taaladan diləyirəm." - çıxışının sonunda o deyib.


Ayətullah Xamenei İran üçün yeni ilin şüarını dedi: İstehsala rövnəq!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
    Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.
     15.07.2019
    İran XİN: ABŞ-ın məhdudiyyətləri Zərifin səfərinə təsir edə bilməz
    XİN rəsmisi Musəvi Cavad Zərifin onsuz da Nyu-Yorka gələndə bütün danışıqlarını və müsahibələrini Nazir Pompeonun qeyd etdiyi bölgədə etdiyini qeyd edib.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ