Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.08.2022 13:06:36

Tədbirdə Azərbaycanı nazir müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan avqustun 15-16-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilmiş açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin konfransında təmsil olunub.

İslamazeri.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə Azərbaycanı nazir müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda 50 ölkədən 100-dən artıq nümayəndə iştirak edib. Tədbirə, həmçinin Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, TRACECA və digər beynəlxalq təsisatların rəhbər şəxsləri qatılıblar.

Konfrans çərçivəsində nazirlərin iclası, eyni zamanda “COVID-19” pandemiyasının təsiri, Vyana Fəaliyyət Proqramının icrası və qarşıya çıxan çətinliklər, nəqliyyat bağlantılarının maliyyələşdirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı, regional inteqrasiya kimi müxtəlif mövzuları əhatə edən 6 sessiya keçirilib.

R.Rüstəmov tədbirdə çıxış edərək ölkəmizdə nəqliyyat sahəsində icra edilmiş və hazırda həyata keçirilən layihələr barədə məlumat verib, beynəlxalq nəqliyyat dəhlizlərinin effektivliyinin artırılmasında rəqəmsallaşma və innovasiyaların tətbiqinin vacibliyini qeyd edib.

Səfər çərçivəsində nazir müavini Türkmənistan və Tacikistan nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Bu ölkələrlə mövcud əlaqələrin genişləndirilməsi və mümkün əməkdaşlıq sahələr barədə müzakirələr aparılıb.


Azərbaycan açıq dənizə çıxışı olmayan ölkələrin tədbirində təmsil olunub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənilərin Kəlbəcərdə basdırdığı növbəti 259 mina zərərsizləşdirilib
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     28.09.2022
    İstehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib
    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
     28.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ