EURO 1,8952 TRY 0,2775
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.04.2019 15:57:44

"Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" may ayının sonuna qədər hazır olunacaq”.

"Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" may ayının sonuna qədər hazır olunacaq”.

Bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə Nazirlər Kabineti tərəfindən baxılıb: "Yeni lüğətə Ədliyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müsbət rəy verilib. Daha sonra baxılması üçün Prezident Administrasiyasına (PA) göndərilib. PA-dan isə lüğəti təkrar olaraq bizə göndərdilər ki, bəzi əlavə və dəyişiklər edək. Biz bundan sonra yenidən lüğəti PA-ya təqdim etdik. Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" may ayının sonuna qədər hazır olunacaq və nəşrə göndəriləcək”.

Akademik qeyd edib ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 113 min sözü əhatə edir: "Köhnə lüğətdən 1000-dən çox qondarma söz çıxarılaraq yeni lüğətə salınmayıb, çünki elə sözlər var idi ki, eyni mənanı daşıyırdı. Misal üçün: nəqqaş və naqqaş. Eyni zamanda daha 4000 yeni söz lüğətə əlavə olunub. Yeni əlavə olunan sözlər müasir informasiya texnologiyası və qloballaşma ilə bağlı olan sözlərdir. Məsələn, 2013-cü ildə nəşr olunan lüğətdə multikulturalizm, tolerantlıq və s. sözlər yox idi”.

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" təqribən 5 ildən bir hazırlanır.


Azərbaycan dilinə 4 min yeni söz əlavə edilib - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qəbulda maksimum bal yığan abituriyent kimdir? - FOTO
    İmtahanda maksimum bal yığan abituriyent Tofiq Müxtəsərovdur. O, buraxılış imtahanında da yüksək nəticə göstərib.
     23.05.2019
    Azərbaycanın sabiq nazirləri bir arada: “Range Rover”də 4 nəfər... - FOTO
    Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər.
     23.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ