EURO 2,0271 TRY 0,2156
USD 1,7 RUB 0,0225
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.10.2020 20:36:42

Azərbaycan Ordusunun işğaldan azad etdiyi şəhər və kəndlərimiz haqqında ətraflı məlumat

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 23-dək 3 şəhər, 3 qəsəbə və 149 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 58 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 34 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı rayonunun 4 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

İslamazeri.com terrorçulardan təmizlənən  şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:

 

27 sentyabr

  • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
  • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
  • Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər

 3 oktyabr

  • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
  • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
  • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

 4 oktyabr

  • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

5 oktyabr

  • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

 9 oktyabr

  • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
  • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 
  • Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri
  • Tərtər rayonunun Çaylı kəndi

 14 oktyabr

  • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
  • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

15 oktyabr

  • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
  • Füzuli rayonunun Arış kəndi
  • Cəbrayıl rayonunun Doşulu kəndi

 16 oktyabr

  • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

 17 oktyabr

  • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

 18 oktyabr

  • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

 19 oktyabr

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

 20 oktyabr

  • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
  • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
  • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
  • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

 21 oktyabr

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
  • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
  • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

 22 oktyabr

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
  • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
  • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

23 oktyabr

  • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
  • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
  • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
  • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

Azərbaycan Ordusunun işğaldan azad etdiyi şəhər və kəndlərimiz

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
    Azərbaycan Müdafiə Nazirlyi bu barədə məlumat yayıb
     25.11.2020
    Ermənistanın təcavüzü nəticəsində həlak olmuş mülki şəxslər şəhid hesab olunur
    Müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ