Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.

İslamazeri.com xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 228 246 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 nəfərdir.
Ölkədə son sutka ərzində 5309, hazırkı dövrədək isə 2341807 test aparılıb.
- Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 95.68 faizi sağalıb, 2.98 faiz isə aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların -yəni 228 246 nəfərin 1.34 faizi (3 053 nəfər) dünyasını dəyişib.
Azərbaycanda koronavirusdan ümumi sağalma faizi 96-ya yaxınlaşır