EURO 1,9338 TRY 0,2945
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:28.05.2019 03:57:01

Jurnalistə 10 sutka həbs cəzası verildi

"Yeni Çağ" saytının əməkdaşı Səxavət Məmməd (Məmmədov) Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs olunub.

Jurnalist Cəmil Məmmədlinin sözlərinə görə məhkəmə qərarı Məmmədovun aliment ödəmədiyinə görə çıxartsa da bu, sadəcə bəhanədir.

"Mən hesab edirəm ki, qərar Səxavətin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general Nəcməddin Sadıkovla bağlı yazdıqlarına görə verilib. Məhkəmə gedəndə Səxavətin özü ilə danışdım, o da belə düşünür", Məmmədli bildirdi.

O qeyd etdi ki, Səxavət Məmməd borcunu ödəməyə razı olsa da, məhkəmədə bildiriblər ki, onlara pul lazım deyil.

"Səxavətin borcu 3 min idi və biz bu pulu ödəməyə hazır idik. Lakin məhkəmədə razılaşmayıb, "pulunuz lazım deyil" dedilər və həbs haqqında qərar çıxartdılar. Məhz buna görə də, biz düşünürük ki, bu həbs sifarişlidir", Məmmədli qeyd elədi.

Jurnalist əlavə etdi ki, Səxavət Məmməd daim orduda olan problemləri işıqlandırıb, həmin problemlərin yaranmasında Nəcməddin Sadıkovun rolu haqqında öz bloqunda yazırdı.

"Bir dəfə onun bloqunu sıradan çıxartdılar, indi isə özünü həbsə atdılar", - deyə Məmmədli bildirdi.

Hadisə ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. (Turan.az)


Azərbaycanda tanınmış jurnalist həbs edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Buzovnada maşını ilə qəsdən tanışını vurub qətlə yetirdi
    Bakıda 31 yaşlı kişi qətlə yetirilib.
     24.06.2019
    Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ
    Təhsil Nazirliyindən dərsliklərlə bağlı açıqlama yayıb
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ