1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:10.03.2020 10:51:44

"Bu günə Azərbaycanın milli valyutanın məzənnəsində hər hansı bir dəyişiklik mövcud deyil"

İslamazeri.com xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev ölkədə növbəti dəfə devalvasiya olacağı ilə bağlı söz-söhbətə münasibət bildirərkən deyib.

"Azərbaycan Mərkəzi Bankı valyuta təchizatçısı kimi istənilən bankın tələbi tam şəkildə ödəyir. Bu gün devalvasiya üçün fundamental əsas yoxdur. Müxtəlif ölkələrdə iqtisadiyyatın vəziyyəti müxtəlifdir və hər bir ölkə öz vəziyyətinə uyğun qərar qəbul edir. Banklara sadəcə bildirilib ki, hər bir müştərinin tələbinin ödənilməsi üçün qanunvericilik çərçivəsində bütün zəruri tədbirləri görsünlər. Bu, birmənalı şəkildə bankların qarşısında duran vəzifədir və banklar bunu yerinə yetirməyə çalışırlar. Müştərilərdən də xahiş olunur ki, hər hansı bir təşvişin, növbələrin yaranmasına səbəb olacaq hərəkətlər etməsinlər və banklara adi rejimdə öz funksiyalarını yerinə yetirməsi üçün şərait yaratsınlar. Banklar öz funksiyalarını tam şəkildə yerinə yetirməyə borcludurlar və bunu edəcəklər. Banklar yalnız komplayns qaydaları çərçivəsində müştəriləri identifikasiya etməli və bu günə qədər mövcud olan qaydalardan kənar hər hansı bir yeni qayda tətbiq etmədən müştərilərə xidmət göstərməlidirlər" - ABA rəhbəri bildirib.

Vüqar Bayramov:  Dollara olan tələbat artacaq və...

Ekspert tanınmış iqtisadçı Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirdi ki, brend markalı neftin qiyməti 1991-ci ildən sonra ən aşağı nəticə olaraq qiymətləndirilir.

“Neftin dünya bazar qiymətinin növbəti mərhələdə necə dəyişməsi birbaşa OPEC+ ölkələrinin verəcəyi qərarlardan asılı olacaq.

Belə ki, koronavirusun yayılması fonunda neftə olan tələbat azalıb. Koronavirus praktik olaraq qlobal iqtisadi problemə çevrilib.

Onun coğrafiyası genişləndikcə qlobal iqtisadi təsirləri də artır. Nəticə etibarilə dünya iqtisadiyyatında iqtisadi artımı azaldıb.

İqtisadi artım azaldıqca neftə olan tələbat azalır. Bu da təbii olaraq özünü qiymət azalmalarında göstərdi.

Hətta güman edilir ki, Səubiyyə Ərəbistanı bəyan etdiyi kimi əlavə olaraq bazara gündəlik 2 milyon barel neft nəql edərsə, bu zaman qara qızılın dünya bazar qiyməti 25-20 dollara qədər aşağı düşə bilər.

Bu da neft bazarı üçün kifayət qədər kritik hədd hesab oluna bilər. Bu baxımdan OPEC+ ölkələrinin qərarı çox önəmli olacaq”, - deyə mütəxəssis bildirib.

Vüqar Bayramov deyir ki, Azərbaycan üçün də neftin dünya bazar qiyməti çox önəmlidir:

“Nəzərə alsaq ki, ölkəyə daxil olan valyutanın əhəmiyyətli hissəsi enerji ixracatından əldə olunan gəlirdən götürülür.

Azərbaycanın ümumi ixracatının 81 faizini neft məhsulları, digər 8 faizini isə emaledici enerji məhsulları təşkil edir.

Bütövlükdə enerji məhsulları ixracatımızın 89 faizidir. Bu isə o deməkdir ki, neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyən edən əsas faktorlardan biridir.

Neftin dünya bazar qiymətinin aşağı düşməsi Azərbaycana daxil olan valyutanın həcminin azalmasına gətirib çıxaracaq.

Bizim üçün hər bareldə 1 dollar azalma ölkəyə daxil olan valyutaya təsir göstərir. Bu da Azərbaycan üçün iqtisadi baxımdan arzuolunan deyil.

Neftin dünya bazarı qiymətinin aşağı düşməsi Azərbaycana fiziki və monitar olaraq təsir göstərir. Belə ki, 2020-ci il dövlət büdcəsində bir barel neftin qiyməti 55 dollar nəzərdə tutulub.

İndiki mövcud qiymət bundan qat-qat aşağıdır. Əgər dəyərlər belə qalarsa, fiziki olaraq büdcəyə proqnozlaşdırılan gəlirlərin əldə edilməsi üçün Dövlət Neft Fondundan daha çox transferlərə ehtiyac ola bilər.

Monitar baxımdan da, təbii ki, neftin qiyməti Azərbaycan üçün çox önəmlidir.
Çünki manatın məzənnəsinə təsir göstərən faktorlardan biri də məhz neftin dünya bazar qiymətidir.

Artıq Rusiya rublu da kəskin ucuzlaşır. Rusiya rublunun ucuzlaşması neftin ucuzlaşmasına birbaşa reaksiyadır. Əvvəllər Mərkəzi Bankın qiymətləndirmələri göstərirdi ki, neftin 50 dollardan aşağı olması bizim üçün yaxşı deyil. Nəzərə alsaq ki, Mərkəzi Bankın valyuta ehtiyatları və manevr baxımından ehtiyatları arzuolunan deyil.

Bu dəfə də Azərbaycan manatının məzənnəsi bütün hallarda Mərkəzi Bankın qərarından asılı olacaq. Dollara tələbat artacaq. Bütün neft ölkələrində dollara olan tələbat artıb.

Bu, artıq özünü həmin ölkələrin valyutasında göstərir. Azərbaycanda da dollara olan tələbat artacaq. Praktiki olaraq son günlər onsuz da dollara olan tələbat artmışdı. Bu konteksdən Mərkəzi Bankın mövqeyi çox önəmlidir.

Nəzərə alsaq ki, Azərbaycanda üzən valyuta rejimi yoxdur. Ona görə də Mərkəzi Bankın mövqeyi manatın məzənnəsini müəyyən edir. Lakin biz iqtisadçı olaraq mövcud vəziyyəti qiymətləndirsək, onu deyə bilərik ki, dollara olan tələbat artacaq”.

"Azərbaycan neftinin qiyməti 32 dollaradək ucuzlaşdı. Azərbaycandan və ölkədən kənarda yaşayanlardan manatın taleyi ilə bağlı xeyli suallar daxil olmaqdadır.

Qubad İbadoğlu: Manatın devalvasiyası əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq

Demək olar ki, hamının vəziyyəti eynidir, müraciətlər də oxşardır. Əksəriyyəti banklarda manatla olan əmanətlərin taleyi narahat edir. Bildirmək istəyirəm ki, neftin ucuzlaşan qiymətinin orta müddətli (ən azı 3 ay) dövrdə sabit qalması və ya onun daha da ucuzlaşması höküməti yenidən devalvasiya getməyə məcbur edə bilər".

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Ekspert qeyd edib ki, bu qərarı Mərkəzi Bank verməlidir: "Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər, lakin onun qarşısını ala bilməz.

Ehtimallara görə, manatın devalvasiyası əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq.Çünki, hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu zamana bağlı məsələdir. Odur ki, manatla olan əmanəti qorumağın 2 yolu vardır. 1) Manatla olan əmanəti dollara çevirmək, bu halda faiz gəlirlərindən itkilərlə üzləşsələr də vəsaitlərini bəziləri tam və bəziləri isə qismən qoruya biləcəklər. Çünki bu dalğada da bağlanan və ya birləşən banklar olacaq. 2) Əmanətləri geri çəkib daha risksiz bazarlara sərmayə qoymaq. Məsələn, hazırda qızıla sərmayə daha etibarlı hesab olunur və yaxud da ucuzlaşan əmlak, mülk, torpaq almaq. Amma nəzərə alın ki, bu bazarlarda uğur qazanmaq üçün də sərmayəni düzgün zamanında yerləşdirmək və idarə etmək vacibdir".

 Natiq Cəfərli: Manatın devalvasiyasını saxlamaq mümkün deyilsə, bunu uzatmaq lazım deyil

"Devalvasiya qaçılmazdırsa, buna indidən getmək lazımdır. Vəziyyətin daha da ağırlaşmasını gözləməyin mənası yoxdur".
 Bunu iqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya neft qiymətlərinin kəskin ucuzlaşması ilə bağlı verdiyi açıqlamasında deyib. O bildirib ki, mövcud vəziyyət il sonuna qədər davam etsə, Azərbaycan iqtisadiyyatında böyük təlatümlər baş verəcək.
"Əslində ucuzlaşmaya təsir göstərən bir neçə amil oldu. Təbii ki, virusun da təsirləri var. Dünyada iqtisadi aktivlik xeyli dərəcədə zəifləyib. Son 2 ay ərzində dünya turizmində 35 faizə yaxın azalma olub. Ən böyük təsirlərdən digəri isə OPEC və Rusiya arasında hasilatın azaldılması ilə bağlı razılaşmanın əldə edilməməsidir. Təbii ki, hər bir ölkənin öz maraqları olduğundan bu uzlaşma baş vermədi. Neftin kəskin ucuzlaşması da məhz bu iki əsas xəbərin fonunda gerçəkləşdi. Düşünürəm ki, qiymətlərin düşməsi bir müddət qalıcı olacaq. Çünki Rusiyanın öz strateji hədəfi var. Amerika istehsalçıları qiymətlər yuxarı olanda hasilatı kifayət qədər artırır. 2016-cı ildə gündəlik hasilatı 8,6 milyon barel olan ABŞ-ın bugünkü hasilatı 13,1 milyon barelə çatıb. Qiymətlərin aşağı salınması ilə Rusiya Amerikadakı plant neft istehsalçılarının müflis edilərək bazardan çıxarılmasına çalışır.
Qiymət koridorunun bu il ərzində 30-40 dollar arasında gedib gələcəyini düşünürəm. Bu da Azərbaycana kifayət qədər ciddi ziyan vuracaq. Həm mənfi saldo yaranacaq, həm Neft Fondunun büdcəsinin fomalaşmasında böyük problemlər yaşanacaq və bu il büdcə parametrlərini tutuşdurmaq mümkün olmayacaq. Azərbaycan manatı neftdən birbaşa asılıdır, yəni manata kağız neft də demək olar. Bu səbəbdən devalvasiya təhlükəsi yaranır. Bu fonda hökumət indiki gözləmə mövqeyində dayanmamalı, təcili tədbirlər görməlidir. Vəziyyətin daha da ağırlaşmasını gözləməyin bir mənası yoxdur. Əgər manatın devalvasiyasını saxlamaq mümkün deyilsə, bunu uzatmaq lazım deyil. Qaçılmaz itkilər varsa, indidən getmək lazımdır. İqtisadi canlanmanı daxili resurslar hesabına təmin etmək istiqamtində də müəyyən addımlar atılmalıdır. Amma təəssüf ki, Azərbaycan dünyada neftdən ən çox asılı olan 3 ölkədən biridir. Qiymətlər ən azı bu ilin sonuna qədər qalıcı olsa, Azərbaycan iqtisadiyyatında böyük təlatümlərin gözlənilməsi ehtimalı təəssüf ki, yüksəkdir. Müstəqil ekspertlərin, hökumət nümayəndələrinin iştirakı ilə böhran masası qurulmalı və daimi fəaliyyət göstərərək təkliflər paketi hazırlanmalıdır".

Azərbaycanda üçüncü devalvasiya olacaqmı? - RƏYLƏR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020
    DSX: Düşmən təxribatı cavab atəşilə susduruldu
    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ