1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:18.05.2019 18:54:50

Dəstə üzvlərinə qarşı qəsdən adamöldürmə və qanunsuz silah daşıma maddələri üzrə ittiham irəli sürülüb.

Ukraynanın Jitomir şəhər polisi mayın 15-də Kamennıy Brod kəndində 3 nəfərə atəş açıb, bir nəfər azərbaycanlını qətlə yetirən cinayətkar qruplaşmanı zərərsizləşdirib.

“Qafqazinfo” xəbər verir ki, polis sifarişli qətlin təşkilatçısının azərbaycanlı olduğunu bildirib. Bundan başqa, həmin şəxsin daha bir cinayət əməli üzə çıxıb. Belə ki, o, 2016-cı ildə Jitomir kafesində bir nəfər sahibkarı güllələyərək qətlə yetirib. 

Bu barədə Jitomir əyalətinin Baş Milli Polis İdarəsinin rəhbəri Vyaçeslav Peçenenko “Facebook” səhifəsində yazıb: “Bizim kifayət qədər əsasımız var deyək ki, qətlin sifarişçisi 2018-ci ilin fevralında digər bir cinayət əməlinə görə tutulan, ancaq yarım milyon qriven girov ödədikdən sonra sərbəxt buraxılaraq şəhərin küçələrində azad gəzən Azərbaycan vətəndaşıdır”.

Onun sözlərinə görə, iki nəfər şəxs 3 nəfərə atəş açıb və onlardan birini başından vuraraq öldürüb. Bundan sonra isə qatillər motosikletlə qaçıblar. Ancaq patrul xidmətinin əməkdaşları onlardan birini – 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşını saxlaya bilib. Mayın 16-da isə hüquq-mühafizə orqanlarının əməkdaşları daha iki nəfəri saxlayıb. Onların birindən pistolet, qumbara və döyüş sursatı tapılıb.

Dəstə üzvlərinə qarşı qəsdən adamöldürmə və qanunsuz silah daşıma maddələri üzrə ittiham irəli sürülüb.

 






Azərbaycanlılar arasında qanlı atışma: Saxlanılanlar var - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ