1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:22.01.2021 12:08:06

İraqd İŞİD-ə qarşı geniş əməliyyatlardan sonra, bu ölkənin böyük şəhərlərində demək olarki terrorlara ara verilmişdi

Lakin Bağdadda törədilən terror aktı insanların təhlükəsizliyin bərpa olması təsəvvürlərini bir anlıq məhv etdi.

Bağdadın Təyəran bölgəsində iki kamikadzenin özünü mülki vətəndaşların yanında partlaması İraq gündəmini zəbt etmiş oldu.

Uzun zamandır ABŞ hərbçilərinin ölkədən çıxarılma tələblərilə eyni anda bu terrorun törədilməsi bəzi suallar meydana gətirdi.

İslamazeri.com xəbər verir ki, İraq rəsmilərinin terrorda Səudiyyəni ittiham etməsindən sonra İŞİD bu hücumu öz üzərinə götürdü.

İraqın Hüquq Dövləti Koalisiyasının sözcüsü dünən axşam verdiyi açıqlamada qurumların ilk məlumatlarının, Bağdaddakı terror hücumçularının 2 Səudiyyə vətəndaşı olduğunu bildirdiyini açıqlamışdı. Bəhaiddin Ən Nurinin verdiyi müsahibədə, Səudiyyəlilərin bu cinayətlə əlaqəsi isbatlanarsa, İraq hökümətinin Səudiyyə Ərəbistanını bu terrorda məsuliyyətə cəlb etməsinin vacib olduğunu demişdi.

İraq Könüllü gücləri - Haşdi Şabiyə bağlı media resurslarından İraq Hizbullahı da bir açıqlamada, Bağdaddakı terror hücumunun ABŞ, Sionist rejim və Səudiyyə Ərəbistanının birlikdə cızdıqları plana əsasən həyata keçirildiyini önə çəkmişdi.

Və İŞİD terroru öz üzərinə götürdü

Bu barədə İŞİD terror qruplaşmasının Amaq teleqram səhifəsi məlumat yayıb.

Cümə günü səhər yayılan bu açıqlamada, terror qruplaşması partlayışın birbaşa onlar tərəfindən planlaşdırıldığını elan edib.

Qeyd edək ki, böyük mərcə təqlid müctehidi Ayətullah Seyid Sistaninin ofisi terrorla bağlı bəyanat yayıb.


Bağdaddakı terror: Səudiyyə vətəndaşları, İŞİD və...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu
    İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır
     6.03.2021
    Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq
    Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi
     6.03.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ