1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.11.2018 16:08:49

Ailə üzvlərinin deməsinə görə, M.Əsədəov məhkəmədə çıxış edib, ona qarşı irəli sürülən ittihamları rədd edib.

"Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi"nin sədri Mirtağı Əsədovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanıldığı məlum olub.

Bu gün, noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin Mirtağı Əsədova 30 sutka inzibati həbs cəzası verilməsini nəzərdə tutan qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. M.Əsədov məhkəməyə DİN BMCMİ-dən gətirilib.

Bu haqda AzadlıqRadiosuna M.Əsədovun məhkəmədə iştirak etmiş ailə üzvləri bildiriblər.

Ailə üzvlərinin deməsinə görə, M.Əsədəov məhkəmədə çıxış edib, ona qarşı irəli sürülən ittihamları rədd edib.

"İttihamlara da təzyiq altında imza atmışam"

"Mənim həbs edilməyim, irəli sürülən ittihamlar quramadır. Məni Qazaxda, sərhəddə saxladılar. Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxladılar. Daha sonra aparıb Qazax rayon polis şöbəsinə təhvil verdilər. Məni ordan Bakıya, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. İndiyə kimi də orda saxlanılmışam. İttihamlara da təzyiq altında imza atmışam", ailə üzvlərinin sözlərinə görə, dindar məhkəmədə belə deyib.

O, qanunvericilikdə nəzərəd tutulan hüquqlarının pozulduğunu da məhkəmədə dilə gətirib. Deyib ki, qanunvericilikdə 2 gün nəzərdə tutulsa da, onu Bakıya gətiririləndən bəri DİN BMCMİ-də saxlayırlar.

"Mənə dövlət hesabına vəkil ayrımışdılar. Ancaq o, öz funksiyalarını yerinə yetirmir. Ailəm başqa vəkillə müqavilə imzalayıb. Ancaq nə onunla, nə də ailə üzvlərimlə görüməyimə, telefonla danışmağıma imkan verilmir", yaxınlarının deməsinə görə, M.Əsədov daha sonra məhkəmədən barəsindəki qərarın ləğv edilməsini istəyib.

Bütün vəsadətlər rədd edilib

Ailə özvlərinin sözlərinə görə, M.Əsədovun vəkilləri məhkəməyə 6 vəsadət təqdim ediblər. Həmin vəsadətlər Dövlət Sərhəd Xidmətinə, Qazax rayon polis şöbəsinə sorğöu verilməsi ilə bağlı olub. Vəkillər həmçinin vəsadət veriblər ki, M. Əsədovun saxlanıldığı bildirilən ərazinin video görüntüləri istənilsin. Digər vəsadətlər M.Əsədovun həyat yoldaşının şahid qismində dindirilməsi, vəkili Elçin Sadıqovla konfidensial görüşməsinə imkan yaradılması ilə bağlı olub.

Ancaq hakim İlqar Murquzovun sədrlik etdiyi məhkəmə kollegiyası bütün vəsadətləri rədd edib.

Məhkəmə hımçinin Nərimanov Rayon Məhkəməsinin Mirtağı Əsədovla bağlı qərarını əsaslı hesab edib, onu qüvvədə saxlayıb.

Məhkəmə prosesində Gürcüstanın Azərbaycandakı səfirliyinin atteşesi də iştirak edib. Ancaq M.Əsədovu müşayət edən şəxslər onların görüşməsinə, söhbət etməsinə icazə verməyiblər.

Ailə üzvləri M.Əsədova təzyiqlərdən narahat olduqlarını, Ombudsman Aparatına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etdiklərini də qeyd ediblər.

Vəkil: Avropa Məhkəməsinə şikayət göndərəcəyik

M.Əsədovun ailəsinin müqavilə bağladığı vəkil Elçin Sadiqov isə AzadlıqRadiosuna açıqlamasında müvəkkilinin Azərbaycan məhkəmələrinin onun barəsində çıxardığı qərarlardan narazı olduğunu bildirirb. Vəkilin deməsinə görə, M.Əsədov Avropa Məhkəməsinə şikayət edilməsini istəyib.

"Məhkəmə qərarını aldqdan sonra Avropa Məhkəməsinə şikayət göndərəcəyik", vəkil deyib.

"Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin" sədri Mirtağı Əsədovun noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd-buraxılış məntəqəsində saxlandığı bildirilir. Bu haqda həmin idarə açıqlama yaymışdı.

Həmin açıqlamadan 4 gün sonra yaxınları bildirmişdilər ki, Mirtağı Əsədov inzibati qaydada 30 sutka həbs edilib. Həyat yoldaşı Şahanə Hacıyeva Əsədov haqda məhkəmə qərarını əldə etdiyini bildirmişdi. O, qərarı noybarın 8-də Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyini deyirdi:

"Gürcüstan vətəndaşı Əsədov Mirtağı 8 noyabr 2018-ci il tarixdə saat 12:30 radələrində Ə.Əlizadə küçəsi, ev 43 ünvanın yaxınlığında telefon ilə uca səslə nalayiq söyüşlər söyüb və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. Bununla da onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub", xanımının deməsinə görə, qərarda yazılıb.

Xanımının vurğulamasına görə, məhkəmə hesab edib ki, protokolda ifadə edilənlər iclas zamanı öz təsdiqini tapıb.

"Hakim Samir Məmmədovun sədrlik etdiyi kollegiyanın qərarına əsasən, Mirtağı Əsədov İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və barəsində 30 gün müddətinə inzibati həbs tədbiri seçilib", xanımı vurğulayıb.

Mirtağı Əsədovun əvvəllər Azərbaycan vətəndaşı olduğu, 2 ilə yaxındır ki, vətəndaşlıqdan imtina etdiyi bildirilir. Onun ailəsi Azərbaycanda yaşayır. Verilən məlumata görə, o ailəsinə baş çəkməkdən ötrü ildə bir neçə dəfə Azərbaycana səfər edib. (Turan agentliyi)


Bakı Apellyasiya Məhkəməsində Gürcüstanın Dini Təşkilat sədrinin məhkəməsi keçirildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Livandakı suriyalı qaçqınların sayı açıqlandı
    Bu haqda Livanın Rusiyadakı səfiri danışıb.
     18.12.2018
    Milli Məclisin sədri parlamentdə Nərmindən danışdı
    Spiker Oqtay Əsədov deyib ki, Mübariz İbrahimovla bağlı deyilən məsələ ətrafında müzakirələri izləyib.
     18.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ